Bankların depozit faizləri haqda məlumatlar açıqlanıb | Banco.az

Bankların depozit faizləri haqda məlumatlar açıqlanıb

2019-cu ilin avqust ayında Azərbaycanda fəaliyyət göstərən 4 bankda milli və xarici valyutada əhalidən cəlb edilən əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb. "Manatla qəbul olunan depozitlərin faiz dərəcələri "AtaBank"da 9,00% -10,00%-dən 3,00%-4,50%-ə, “Azərbaycan Beynəlxalq Bankı”nda 8,50%-9,00%-dən 8,25%-8,75%-ə, "Bank Respublika"da 9,00%-9,50%-dən 8,50%-9,00%-ə kimi azaldılıb.

Dollarla cəlb edilən əmanətlər üzrə faiz dərəcələri "Bank of Baku"da – 2,50%-2,60%-dən 2,00%-2,05%-ə, "AtaBank"da isə 2,00%-2,50%-dən 0,25%-1,50%-ə qədər düşürülüb. Sonuncu həm də avro əmanətlərinin dərəcəsini 0,75%-1,25%-dən 0,25%-0,75%-ə kimi endirib.

Bütövlükdə banklar milli valyutada olan əmanətləri 3,00%-12,50% diapozonunda qəbul edir. Ən yüksək faizi "NBC Bank", ən aşağı - "AtaBank" təklif edir.
Birillik dollar əmanətləri 0,25%-3,00%-lə cəlb edilir. Bu valyutada olan əmanətlər üzrə ən yüksək faiz dərəcəsi "NBC Bank" və "Nikoil Bank"dadır. Avro əmanətləri üzrə faiz dərəcələri 0,10%-3,00% civarında dəyişir. Ən yüksək faiz dərəcəsini "NBC Bank" təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatların toplanmasında əsas kriteriya kimi əmanətlərin 1 il müddətinə qəbul edilməsi, məbləğə olan minimal tələbin yuxarı həddinin 1.000 manatı aşmaması götürülüb. Bu baxımdan, araşdırmaya "Paşa Bank" (minimum məbləğ 20.000 AZN), "Premium Bank" (20.000 AZN) və "Melli İran Bankı"nın Bakı fillialı (5.000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç