Bankların birləşməsi necə və hansı qanunla tənzimlənir? | Banco.az

Bankların birləşməsi necə və hansı qanunla tənzimlənir?

Bankların birləşməsi hər birimiz üçün maraqlıdır. Çünki bu birləşməni qanun dəstəkləyir və baş verdiyi halda tamamilə yeni bir bank yaranmış olur. AGBank və DəmirBank-ın birləşməsi xəbərindən sonra hər kəsi bu halın qanunvericilik tərəfi də maraqlandırdı. 

banco.az-a verdiyi açıqlamasında hüquqşünas Əkrəm Həsənov qeyd etdi ki,

"Birləşmə hüquqi şəxslərin yenidən təşkili formalarından biridir və Mülki Məcəllənin 55-58-ci maddələri ilə tənzimlənir. Banklar birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış banka keçir. Məsələn, tutaq ki, AGBankla Dəmirbankın birləşməsi nəticəsində AĞDəmirBank yaradıldı. Əvvəlki iki bank ləğv ediləcək və onların əmlakı (həm aktivləri, həm də passivləri) AĞDəmirBanka keçəcək.

Yəni hər ikisinin borcluları bundan sonra yeni bank qarşısında borclu hesab ediləcək. Hər ikisinin borcu da yeni banka keçəcək. Sonuncu məsələ xüsusilə əhəmiyyətlidir. Belə ki, birləşmə haqda qərar verilən kimi hər iki bankın kreditorunun ixtiyarı var ki, borcun ödənilməsini vaxtından əvvəl tələb etsin."

Ən sərfəli kredit üçün müraciət et

Bildirmək istərdik ki, bankların birləşməsi prosesi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və ”Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarına uyğun olaraq baş tutmalıdır. Bu Mərkəzi Bankın əvvəlcədən icazəsi ilə həyata keçirilir. 

Banklar birləşdikdə, onlar varis bankın hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil olunmuş hesab edilir və ayrılıqda birləşən hər bir bankın fəaliyyətinə xitam verilir. 

Birləşmə və qoşulma şəklində yenidən təşkil prosesində olan banklar lisenziya alana kimi bank əməliyyatlarını öz müxbir hesabları vasitəsilə davam etdirir və öz öhdəliklərini yerinə yetirirlər.

 

Ən sərfəli krediti almaq üçün müraciət et