"Bankların birləşməsi davam edəcək" | Banco.az

"Bankların birləşməsi davam edəcək"

Azərbaycanın bank sektorunda konsolidasiya prosesi davam edəcək. Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

"Bilirik ki, bu günlərdə iki bank ("AtaBank" və "CDB Bank") birləşdi. İki bankın səhmdarları özlərində güc tapıb bu qərarı verib. Düşünür ki, bu addım digər banklara nümunə olmalıdır. Biz qarşıdakı dövrdə digər bankların da birləşməsinin şahidi olacağıq", - deyə o bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Z. Nuriyev deyib ki, bankların sayı deyil, onların göstərdiyi xidmətlər vacibdir.

Mənbə: Apa.az