Müəllif: Gülnar Əhmədli, Banco.az
Yazın gəlişi səbəbilə ölkə bankları bir sıra kampaniyalara start veriblər.
Banco.az müştərilərin bu endirimlərdən xəbərdar olması və onlardan yararlana bilməsi üçün bankların bahar kampaniyalarını təqdim edir:
ABB
1. ABB Biz Mobil POS xidmətində fərdi sahibkarlara bayram fürsəti yaradıb. 31 mart 2025-ci il tarixinədək Mobil POS alıb, il sonuna qədər ödənişləri komissiyasız qəbul edə bilərsiniz.
Sifariş etmək üçün: https://bit.ly/abb-biz
2. 15 aprel tarixinədək yeni TamKart kredit kartı ilə 100 AZN və daha çox xərcləyib, restoranlar, ərzaq mağazaları, Trendyol, elektronika kateqoriyalarında əlavə 10% keşbek əldə edə biləcəksiniz. Hər kateqoriya üzrə maksimum 10 AZN, ümumilikdə 40 AZN keşbek qazanmaq mümkündür.
Azər Türk Bank
Bank atb debit və premium kartı, yeni nəsil atb əməkhaqqı kartı üzrə kart qalığına hesablanan gəliri 8%-ə yüksəldib. Kampaniya 31 may 2025-ci il tarixinədək qüvvədədir.
Bank Respublika
Bankın kredit kampaniyası çərçivəsində istənilən peşə sahibləri nağd krediti maaşın 15 mislinədək və zaminsiz götürmək imkanı əldə edəcək.
- İllik faiz dərəcəsi - min.10%
- Məbləğ - 50.000 AZN
- Müddət - 60 ayadək
Krediti banka gəlmədən, Mobil Şöbə əlavəsində selfi çəkib göndərərək sifariş edə bilərsiniz.
Ətraflı: https://bit.ly/4krcOwE
Unibank
1. Aprelin 30-dək UPOS-a qoşulan bütün biznes sahibləri üçün biznes kartı pulsuz təqdim edilir. UPOS-a qoşulmaqla hansı üstünlüklər sizi gözləyir:
- Xidmət haqqı – 0 AZN;
- Pulun daha tez köçürülməsi;
- Kartdakı pula dərhal çıxış imkanı;
- Onlayn qoşulma.
2. Bank Yel çərşənbəsinə özəl kredit komissiyasını 0% edib. Təklif yalnız bu gün keçərlidir.
PAŞA Bank
1. Bankda “mPOS” mobil POS-terminalını sifariş edib, korporativ “Visa” biznes kartı hədiyyə qazana bilərsiniz.
Kampaniyanın bitmə tarixi: 25 may. Biznesinizi çiçəkləndirən təklifi qaçırmamaq üçün indi müraciət edin: https://pshb.az/4kiDHCS
2. İndi pulsuz və onlayn biznes hesabı açaraq “Tarifim” ilə 1 000 000 AZN-dək ölkədaxili komissiyasız ödəniş imkanı əldə edə bilərsiniz.
Kampaniya çərçivəsində 100 AZN dəyərində “Umico” və ya “Azpetrol” kartını hədiyyə qazanırsınız. Kampaniya 19.03.2025-ci il tarixinədək keçərlidir.
Ətraflı məlumat üçün keçid edin: https://pshb.az/3X5WQy2
BTB Bank
Bank manatla əmanətlərinizə 12% gəlir qazanmaq fürsəti yaradıb.
- Müddət: 6-36 ay
- Faizlərin ödənilməsi: Aylıq və ya müddətin sonunda
- Minimal məbləğ: 100 AZN
- Əmanətlər sığortalanır.
Kampaniya 31.05.2025 tarixinədək keçərlidir.
Rabitəbank
Bank bahar fəslinə özəl sərfəli kredit təklif edir.
- 10.5%-dən
- 0% komissiyalı
- 48 ayadək ödəniş imkanı
Ətraflı: https://rbt.az/KREDIT-AL
Yelo Bank
31 martadək davam edəcək kampaniya çərçivəsində krediti illik cəmi 9.9%-lə (50 000 AZN-dək) əldə edə biləcəksiniz.
Premium Bank
10-18 mart tarixlərində “Premium Bank Visa Miles” kartları ilə partnyor məkanlarda alış-veriş edib 2 qat mil qazana bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!