2018-ci ilin fevral ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.
28 fevral 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,5 mlrd. manat təşkil edib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% azdır.
Ötən ilin sonu ilə müqayisədə isə aktivlərin həcmində 2% artım olduğu müşahidə olunur. Belə ki, 31 dekabr 2017-ci il göstəricilərinə əsasən bankların cəmi aktivləri 27,9 mlrd. manat idi.