Bankların aktiv taksit kartlarını araşdırdıq - SİYAHI | Banco.az

Bankların aktiv taksit kartlarını araşdırdıq - SİYAHI

Bu gün kimilərinin sevimlisi, kimilərinin isə qorxulu yuxusuna çevrilən Taksit kartları barəsində olan araşdırmamızı təqdim edirik.

Taksit kartı– bərpa olunan kredit xətti ilə müştərilərə pulsuz (bəzi hallarda ödənişli) təqdim edilən, müxtəlif üstünlüklərə malik kredit kartıdır.

Taksit kartları sizlərə Banklarla tərəfdaş olan ticarət / xidmət yerlərində mal və xidmətlərin dəyərini Taksit kartı ilə ödəmə imkanı təqdim edir. İstifadə edilən məbləğ faiz hesablanmadan (bəzi hallarda faizlə) Banka bərabər hissələrlə tərəfdaşdan asılı olaraq 1, 3, 6 və ya 12 aya ödənilir.

Taksit kartları ilə həmçinin bankların bankomatlarından müəyyən məbləğdə nağd pul çıxarmaq olar. İstifadə edilən məbləğ müəyyən komissiya ilə Banka bərabər hissələrlə bir neçə aya ödənilir.

Kart üzrə borc müvafiq aylar ərzində hər ayın müvafiq tarixinədək Banka ödənilir. Ödənilən məbləğ kart hesabına mədaxil olunur və yenidən istifadə edilə bilər.

Ödəniş müddətində borca faiz hesablanmır(bəzi kartlarda hesablanır) , lakin gecikmə olduqda cərimə faizi hesablanır.

Ölkəmizdə baş verən devalvasiyalardan sonra taksit kartlarının ödənişi və yenidən verilişində müəyyən axsaqlıqlar yaşansa da, artıq demək olar ki, çox taksit kartının sifarişi aktivləşib. Lakin, şərtlər əvvəlki dövrlərlə müqayisədə daha ciddiləşib deyə bilərik. 

Siz  Bank of Baku (Bolkart), Unibank (Albalı Plus),  Kapital Bank (BirKart), Expressbank (Smilecard), ASB Bank (Extra Card), Yapı Kredi Bank Azərbaycan (Worldcard) və Bank Respublika-nın (Paykart) taksit kartlarından faydalana bilərsiniz.

Qeyd edək ki, taksit kartı almaq üçün şəxsiyyət vəsiqəsi və iş yerinə dair arayış və ya kartdan çıxarış tələb olunur. Əmək haqqı üçün qoyulan tələb limiti isə bankdan banka fərqlənir. 

Aşağıdakı şəkildə cədvəldə Bankların təqdim etdikləri taksit kartlar üzrə göstəricilər ilə tanış ola bilərsiniz.

Kartın adı

Limit

Kartın qiyməti

Kartın müddəti

Əmək haqqı 

tələbi

Albalı Plus 

5000 (AZN)

Pulsuz

60 ay

175 AZN

BirKart1

100-10.000 (AZN)

Pulsuz

36 ay 100 AZN

Bolkart2

-

10 AZN

60 ay

185 AZN

(min)

Smilecard 300-1.000 AZN Pulsuz 48 ay

155 AZN

(min)

Extra Card

Ə/H-nın 3 misli

15 AZN (min)

36 ay

250 AZN

(min)

Paykart 500-3000 (AZN) Pulsuz 60 ay

600 AZN

(min)

Worldcard

Pulsuz

60 ay

300 AZN

(min)

Ən sərfəli kredit üçün müraciət et

Məlumatlar banklarla əlaqə saxlanılaraq öyrənilmişdir.

  1. Kapital Bank-ın təklif etdiyi "BirKart" taksit kartına sahib ola bilmək üçün Kapital banka məxsus əmək və ya pensiya kartına sahib olmalı və ya bankın əməkdaşlıq etdiyi özəl və dövlət müəssisələrinin əməkdaşı olmalısınız. Bankın əməkdaşlıq etdiyi müəssisələrin siyahısı ilə burada tanış ola bilərsiniz.
  2. Bolkart-ın digər növləri haqqında ətraflı məlumat üçün buraya klikləyin. 

Ən sərfəli krediti almaq üçün müraciət et