Bankların aktiv kampaniyaları | Banco.az

Bankların aktiv kampaniyaları

Sərfəli kampaniyalardan yararlanmağın vaxtıdır!

Hazırda bir çox yerlərdə müxtəlif kampaniyalarla rastlaşırıq. Bunlardan bəziləri bizim üçün sərfəli olur və dərhal kampaniyadan yararlanmağa çalışırıq. Bəziləri isə bizim diqqətimizi cəlb etmir və ya kampaniyalarla maraqlanmadığımız üçün onların faydalarını görə bilmirik.

Banco.az olaraq bankların ən son aktiv kampaniyalarını araşdırdıq və sizlərə təqdim edirik. Ümid edirik siz də bu kampaniyalardan yararlana biləcəksiniz.

 

AccessBank

Hədiyyəli təcili pul köçürmələri!

Beynəlxalq təcili pulköçürmə əməliyyatını həyata keçirin, hədiyyəli danışıq dəqiqələrini və ya balansına şəhərdaxili 4 gedişədək yüklənmiş BakıKart ödəniş kartını əldə edin. Kampaniya həm pul göndərənlərə, həm də pul alanlara şamil olunur.

Kampaniya 01.02.2017-ci il tarixinədək davam edəcək.

Kampaniya haqqında ətraflı məlumatı buraya daxil olmaqla əldə edə bilərsiniz.

 

AFB Bank

Yay tətilinizi Gold kart ilə qarşılayın!

Bunun üçün AFB Bank-ın istənilən filial və şöbələrinə müraciət edib hesabınıza 3000 manat, dollar və ya avro yerləşdirərək MasterCard Gold ödəniş kartını pulsuz əldə edə bilərsiniz.

 Kartın üstünlükləri bir sıra üstünlükləri var.             

Sentyabrin 31-nə kimi qüvvədədir.

Kampaniya haqqında ətraflı məlumatı buraya daxil olmaqla əldə edə bilərsiniz.

 

Atabank

"Nağdsız ödə, nağd qazan" 

AtaBank tərəfindən keçirilən "Nağdsız ödə, nağd qazan" adı altında ani stimullaşdırıcı lotereya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada davam edir.

Kampaniya haqqında ətraflı məlumatı buraya daxil olmaqla əldə edə bilərsiniz.

 

Azər Türk Bank

“Sizinlə gələcək” kampaniyası

XARİCİ ÖLKƏLƏRDƏ TƏHSİL ALAN GƏNCLƏRƏ DƏSTƏK MƏQSƏDİLƏ AZƏR TÜRK BANK “SIZINLƏ GƏLƏCƏK” ADLI KAMPANİYASINI TƏQDİM EDİR.

Məqsədimiz gələcəyimiz olan gənclərin təhsil aldıqları müddətdə onların təhsil həyatında kiçik də olsa bir rol oynamaqdır. Xarici ölkənin universitetində təhsil aldığını və ya təhsil alacağını təsdiqləyən hər bir gəncə bu kampaniya çərçivəsində 1 illik MasterCard “STANDART KARTI” HƏDİYYƏ ediləcək.

Kampaniya haqqında ətraflı məlumatı buraya daxil olmaqla əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

 

Bank BTB

Bank BTB ACS-dən Sərhəd Qoşunları və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları üçün “Nağd pul” kampaniyası

Bank BTB 15.08.2016-15.09.2016 tarixlərində Sərhəd Qoşunları və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları və təqaüdçüləri üçün peşə bayramları münasibəti ilə güzəştli “Nağd pul” kredit kampaniyası elan edir.

Kampaniya haqqında ətraflı məlumatı buraya daxil olmaqla əldə edə bilərsiniz.

 

Kapital Bank

"Arzularını həyata keçir!" kampaniyası

Ürəyindən nə keçir? Arzularını həyata keçir!

Biz Sənə bunun üçün kömək etməyə hazırıq. Yeni kredit kampaniyamızın şərtlərinə əsasən müddəti artırıb, faizi azaltdıq. Öz arzunu həyata keçirmək üçün lazım olan puldusa, kredit imkanından faydalana bilərsən. 

Kampaniya haqqında ətraflı məlumatı buraya daxil olmaqla əldə edə bilərsiniz.

 

Nikoil Bank

NIKOIL Bank-dan plastik kart sahiblərinə növbəti şad xəbər!

Plastik kartla nağdsız pul dövriyyəsi zamanı müştəri NIKOIL Bank tərəfindən Bakcell danışıq dəqiqələri əldə edəcəkdir. 

Kampaniya haqqında ətraflı məlumatı buraya daxil olmaqla əldə edə bilərsiniz.

 

Unibank

“İsti yay krediti” kampaniyası

İndi Unibank-dan kredit götürən hər kəsə ALBALI PLUS debet kartı hədiyyə edilir. Bankın “İsti yay krediti kampaniyası” çərçivəsində rəsmi iş yeri olan hər kəs, bank filiallarına 5000 AZN-dək kredit üçün müraciət edə bilər. 

Tələsin!!!

Kampaniya avqustun 18-dək davam edəcək.

Kampaniya haqqında ətraflı məlumatı buraya daxil olmaqla əldə edə bilərsiniz.

 

Xalq Bank

Xalq Bankla pulsuz taksidən faydalanın!

Xalq Bank öz müştərilərinə yeni imkanlar yaratmaqda davam edir. Dünyaca məşhur Uber Taksi xidməti Xalq Bankın tərəfdaşı oldu! Uber mobil əlavəsi olduğunuz yerə qısa müddət ərzindən taksi çağırmağa imkan verən sürücü xidmətidir.

Kampaniyanın şərtlərinə əsasən Xalq Bankın istənilən xidmətindən yararlanan hər bir müştəri Uber xidmətindən ilk istifadəni pulsuz həyata keçirə bilər.

Kampaniya haqqında ətraflı məlumatı buraya daxil olmaqla əldə edə bilərsiniz.