Bankların 8 Martda hansı kampaniyaları var? | Banco.az

Bankların 8 Martda hansı kampaniyaları var?

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə banklar öz kampaniyaları ilə xanımları hədiyyəsiz qoymur. Banco.az bankların 8 Mart kampaniyalarını bir araya gətirib təqdim edir.

1. AccessBank

Bankın xanımlara özəl təklif olunan kampaniyası çərçivəsində, onlar "myCard Lux" və "myCard Premium" kart məhsullarını 30%-dək endirimlə əldə edə bilərlər. Həmçinin xanımlara bir illik ödənişsiz konsyerj xidməti də təqdim olunur. Qeyd edək ki, təklif olunan bütün kartlar premial kartlara şamil olunur. Kampaniya 09.03.2021-ci il tarixinədək keçərlidir

2. AFB Bank

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə  bank “Nağd pul krediti” məhsuluna illik faiz dərəcəsinə 5%-ə qədər endirim tətbiq edir. Kampaniya çərçivəsində istehlak kreditləri 17%-dən başlayaraq komissiyasız rəsmiləşdiriləcək.  Kampaniya 15.03.2021-ci il tarixinədək keçərlidir.

3. Azərbaycan Beynəlxalq Bank

Bank martın 10-a qədər davam edəcək kampaniya dövründə müştərilərə VISA İnfinite kartları ilə təqdim olunan ödəniş üzüklərini 50%, VISA Platinum kartları ilə təqdim olunan ödəniş üzüklərini isə 30% endirimlə əldə etmək olar. Üstəlik, onlayn sifariş edilmiş üzük və kartlar şəhər daxilində müştərinin ünvanına pulsuz çatdırılacaq.

4. Bank of Baku

Bank bu bayramda xanımlar üçün 2 kampaniya elan edir.

1) Komissiyasız kredit kampaniyası

04 – 06 mart tarixlərində Bank of Baku-ya müraciət edən xanımlar, 30.000 AZN-dək Nağd Pul Kreditini Komissiyasız , zaminsiz və endirimli faiz şərtləri ilə əldə edə bilərlər.

Xanımlar həmçinin, növbəsiz çevik rəsmiləşmə üstünlüyünə də sahib olacaqlar. Qeyd edək ki, kredit kampaniyasında sığorta haqqı da yoxdur.

Kampaniya müddətində kredit əldə edənlər, İlboyu Qazandıran Kredit kampaniyasından da faydalanacaqlar. Belə ki, kredit borcunu hər ay müntəzəm olaraq ödəyən xanımlar, ödədikləri faiz məbləğinin 5%-ni ilboyu Dostlar Klubu kartına BONUS olaraq geri qazanacaqlar.

2) Bolkartlılara 8% cahsback kampaniyası 

Bank of Baku 8 Martda Bolkart sahiblərini də unutmadı. Özlərinə hədiyyə almaq istəyən xanımlar və ya xanımlarını sevindirmək istəyən bəylər Bolkart taksit kartı ilə ümumilikdə min. 200 AZN-lik alış-veriş etdikdə 8% cashback hədiyyə qazanacaqlar.

Kampaniya 06-08 mart tarixlərində gözəllik və gül salonu, qızıl-zinyət, restoran, geyim, kosmetika və parfümeriya mağazalarında edilən ödənişlər üçün keçərlidir.

Ən sərfəli kredit üçün müraciət et

5. Bank BTB

Bank “8 Mart” adlı endirimli kredit kampaniyasına start verdi. Belə ki, Nağd pulLombard, Biznes və ya Mikrokredit əldə etmək istəyən xanım müştərilər 5 mart 2021-ci il tarixinədək müraciət etdikdə 2% endirimli şərtlərlə kredit götürə biləcəklər. Bundan əlavə, kampaniyanın daha bir özəlliyi kreditlərin 0% komissiya ilə rəsmiləşdirilməsidir. 

6. Expressbank 

Bank 12 martadək nağd pul krediti əldə edən hər bir xanıma Expresso Gold və ya Expresso Platinum kredit kartı pulsuz hədiyyə ediləcək.

Eyni zamanda Expressbank-da mart ayının sonunadək davam edəcək digər kampaniyanın şərtlərinə əsasən əmək haqqı məbləğindən, iş yerindən və vəzifəsindən asılı olmayaraq hər kəs cəmi 15% ilə kredit əldə edə bilər.

7. Rabitəbank

Martın 5-i sizə ən yaxın filiala gələrək Kartmane sifariş etdikdə, kartın ilk ilinin xidmət haqqısı hədiyyə kimi təqdim ediləcək. Bu təklif yalnız 5 mart tarixində keçərlidir.

Bank, həmçinin istehsalat, sənayə, ticarət və xidmət, kənd təsərrüfatı və digər sahələr üzrə sahibkarlıq fəaliyyətlərini genişləndirmək istəyən xanımlarımızın gücünə güc qatmaq üçün onlara təklif etdiyi biznes kreditində yeni güzəştlər tətbiq edir.

Bu“Güc xanımlarda!” biznes kreditinin illik faizi 14.9% deyil, 12.9% olacaq. Kreditin maksimal müddəti 36 ay, maksimal məbləği isə 1 000 000 manat təşkil edir. Üstəlik kredit əldə etmiş xanım sahibkarlar bunun üçün heç bir komissiya haqqı ödəməyəcəklər. Bunlarla yanaşı kredit əldə edən işgüzar xanımlara hədiyyə BizKart kartı, bir illik ödənişsiz POS-terminal, İnternet Bankçılıq və Mobil Bankçılıq xidmətləri də təklif olunur.

8. Yelo Bank

Bank 3-10 mart tarixlərində istehlak kreditlərini yalnız xanımlarımıa özəl 2% endirimlə, yəni 15%-dən başlayan şərtlərlə təqdim edir.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et