Müəllif: Gülnar Əhmədli, Banco.az
8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə banklar qadınlara xüsusi kampaniyalar təklif edirlər. Xanımların bu üstünlüklərdən yararlana bilməsi üçün həmin kampaniyaları təqdim edirik.
Bank of Baku
Bank 8 Marta özəl komissiyasız kredit təklif edir. Belə ki, 6-7-8 mart tarixlərində xanımlar Bank of Baku-dan 50.000 AZN-dək nağd pul kreditini komissiyasız əldə edə bilərlər.
Bu fürsəti qaçırmamaq üçün linkə keçid edin: https://bob.az/8mart.
ABB
1. Bank 7-9 mart tarixlərində ABB-AZAL Miles kartınızla gül dükanları, kafe-restoranlar, kinoteatr, parfümeriya, aksesuar və elektronika mağazalarında ödəniş edərək 2 qat mil qazanmaq şansı yaradıb.
2. Bankın digər kampaniyası isə depozitlərlə bağlıdır. Kampaniya müddətində DigiHesab Max hesab açıb, illik 6% standart gəlir ilə yanaşı 30 gün ərzində əlavə 2% keşbek əldə edə bilərsiniz.
Təklifdən faydalanmaq üçün ABB mobile-a keçid edə bilərsiniz. Kampaniya 04.04.2025 tarixinədək davam edəcək.
Rabitəbank
8 mart Beynəlxalq Qadınlar Gününə özəl Zərif fürsət kampaniyasından faydalanaraq bankın partnyorlarındandan Kartmane kartınızla edəcəyiniz alış-verişlərdə 10% keşbek qazana bilərsiniz.
Kapital Bank
Bank Beynəlxalq Qadınlar Gününə özəl olaraq Birbank Private-dən Fərdi Bankçılıq paketlərində əla endirimlər elan edib. Belə ki, 3 illik paketi 50%, 2 illik paketi 20%, 1 illik paketi isə 10% endirimlə əldə edə və ya istədiyin şəxsə hədiyyə edə bilərsiniz. Bu təklif 15 mart tarixinə qədər keçərlidir.
Sifariş etmək üçün: http://b-b.az/bpds
Azər Türk Bank
"8 Mart hədiyyəsi al, 8% keşbek hədiyyə qazan!" kampaniyası çərçivəsində 7-9 mart tarixlərində Apple Pay və Google Pay vasitəsilə gül mağazalarından alış zamanı ödənişi atb debit kartı və ya atb əməkhaqqı kartı ilə edib bu keşbek fürsətindən yararlana biləcəksiniz.
Kampaniya ərzində maksimum keşbek məbləği 50 AZN-dir.
Xalq Bank
1. Xalq Bank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə XalqKart sahibləri üçün əlavə keşbekden faydalanmaq imkanı təqdim edir. 7-9 mart tarixlərində kafe-restoran, parfümeriya, gül dükanları və gözəllik salonları kateqoriyaları üzrə XalqKart ilə ödəniş edən müştərilər 8% keşbek/petrol qazanacaqlar.
2. Xalq Bank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə dəyərli xanım müştərilərini xüsusi hədiyyə ilə sevindirir. Bu bayram ərəfəsində Bank kampaniya daxilində 1 illik Visa Platinum kartını xanımlara pulsuz təqdim edir. Kampaniyaya ayrılmış kart sayı isə məhduddur.
Unibank
Unibank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xüsusi kampaniya keçirir. Kampaniya çərçivəsində müxtəlif peşələrdə çalışan xanımlar, cəmi 8%-dən başlayan kredit üçün müraciət edə biləcəklər. Martın 6-sı və 7-si keçirilən kampaniya müddətində xanımlar 50 000 manatadək krediti illik cəmi 8%-dən başlayaraq, 60 aya qədər müddətə əldə edə biləcəklər.
Kreditin şərtləri: https://tinyurl.com/38vbccbm
Premium Bank
1. Yalnız 7 mart tarixində bütün Premium Bank filiallarında xanımlar üçün "Visa Platinum Miles" kartı (3 illik) ödənişsiz təqdim olunacaq.
2. 8 Mart mart tarixində "Premium Bank Visa Miles" kartı ilə etdiyiniz ödənişlərə 2 qat mil hədiyyə qazanmaq mümkündür.
Tarix: Yalnız 8 mart
Təklif: Hər ödəniş = 2 qat mil
Bizi sosial şəbəkələrdən izləyin!!