8 Mart "Beynəlxalq Qadınlar Günü" münasibətilə bir çox şirkətlər müxtəlif kampaniyalar təşkil etməyə başlayıblar. Bu şirkətlər sırasında banklarda var. Bankların xanımları düşünərək hazırladıqları kampaniyaları sizlərə təqdim edirik.
Əziz xanımlar, bu fürsətlərdən yararlanmaq üçün tələsin :)
Azərbaycan Beynəlxalq Bankı xanım müştərilərə 50% endirim təklif edir
Bankın xanım müştəriləri kampaniya dövründə Bankdan ödəniş kartlarını (VISA Infinite, WorldElite MasterCard və American Express kartları istisna olmaqla) 50% endirimlə ala biləcəklər. Kampaniya 7 mart 2016-cı il tarixinə qədər davam edəcək.
Expressbank-dan bütün qadınlara pulsuz kart
Aksiya çərçivəsində 1 – 7 mart tarixlərində Expressbank-ın kartları xanımlara pulsuz verilir.
CDB Bankdan Mart bayramları üçün yeni kart
Məqsəd Mart bayramlarında - 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruzda hər kəsə xərcləmək imkanı yaratmaqdır.
Azər Türk Bank-dan “Bayram endirimləri” kampaniyası
Bank tərəfindən 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə, 01.03.2016-11.03.2016-cı il tarixləri arasında Banka müraciət edən xanımlar və evli cütlüklər üçün də xüsusi təklif hazırlanmışdır.
Kapital Bankdan xanımlara “8 Mart” hədiyyəsi!
1 - 7 mart tarixləri ərzində Kapital Bankdan “Gündəlik tələbat” kredit növü üzrə rəsmiləşdirilən kreditlərə görə xanımlar heç bir əlavə xərc ödəməyəcəklər.
Xanımların 8 Mart Hədiyyəsi Bank of Baku-dan Gəlir!
Bank of Baku, 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində xanımlara özəl 2 kampaniyaya start verir.
AccessBank-dan 8 Mart – Beynəlxalq qadınlar günü münasibəti ilə hazırlanmış müsabiqə