Bankların 60%-i büdcəyə mənfəət vergisi ödəyə bilməyib | Banco.az

Bankların 60%-i büdcəyə mənfəət vergisi ödəyə bilməyib

Bu dəfəki məqaləmizdə bankların büdcəyə ödədiyi mənfəət vergisini araşdırdıq. (Məqalədə digər vergi növlərindən deyil, yalnız mənfəət vergisindən söhbət gedir).

Bildiyimiz kimi banklar hüquqi şəxs olaraq mənfəət vergisinin ödəyiciləridirnfəət vergisi isə hər bir bankın gəlirinin xərcindən çox olduğu hissəsindən, yəni mənfəətindən 20% həcmində dövlət büdcəsinə ödənilir.

2017-ci il ərzində banklarımızın dövlət büdcəsinə nə qədər mənfəət vergisi ödədiyini araşdırdıq və belə məlum oldu ki, bankların 10-u büdcəyə mənfəət vergisi ödəyib. Qalan banklar  tərəfindən isə büdcəyə vergi ödənişi olmayıb.

(Qeyd edək ki, hər il üzrə mənfəət vergisi həmin ildən sonrakı ilin mart ayının 31-ə kimi hesablanır və ödənilir. Lakin bu dövrü hüquqi şəxslər vergi ödəmədən gözləmir, yəni hər rüb üçün ötən ilin mənfəətinə uyğun olaraq cari vergi ödəmələri edir. Bu isə 2 cür hesablanır. Ötən ilin mənfəət vergisinin 1/4 hissəsi kimi və ya hər rübün gəlirinin ötən ilin mənfəət vergisinin ümumi gəlirində xüsusi çəkisinə hasili kimi hesablanır).

Bu isə bir çox bankların mənfəətdə yox, zərərdə olduğunu və bu baxımdan, büdcəyə ödəniş etmədiyini göstərir. Mənfəətdə olan bəzi banklar isə yuxarıda qeyd etdiyimiz kimi, vergini ötən ilin mənfəəti əsasında hesabladığından və ötən ili zərərlə başa vurduğundan mənfəət vergisi ödəməyib. Belə aydın olur ki, ötən il ərzində ölkə maliyyəsinin əsası olan bank sektorunun böyük hissəsindən  dövlət büdcəsinə fayda gəlməyib. Yalnız bir neçə böyük banklardan, "Kapital Bank" və "Paşa Bank"dan büdcəyə nəzərə çarpacaq həddə böyük məbləğ daxil olub. Digər vergi ödəyən banklarda isə bu, adətən 1 neçə milyon manatdan çox deyil.

Bankların ödədiyi mənfəət vergisinin məbləği aşağıdakı cədvəldə:

Bank

Vergi məbləği

(manat)

AccessBank

0

AFB Bank

0

AGBank

0

Amrahbank

0

ASB Bank

981,550

Atabank

1,050,265

Azər Türk Bank

0

Bank Avrasiya

1,674,480

Bank BTB

0

Bank of Baku

0

Bank Respublika

0

Bank Silk Way

540,450

Beynəlxalq Bank

0

Expressbank

0

Gunay Bank

0

Kapital Bank

24,840,010

Muğanbank

0

NBC Bank

0

Nikoil Bank

0

Paşa Bank

14,804,000

Rabitəbank

0

Turanbank

0

Unibank

0

VTB Bank Azərbaycan

2,614,210

Xalq Bank

4,276,300

Yapı Kredi Bank Azərbaycan

1,828,000

Ziraat Bankı

961,79

Ən sərfəli kredit üçün müraciət et