Araşdırma: Gülnar Əhmədli, Banco.az
Bu məqaləmizdə bankların 18 ay üçün təklif etdiyi əmanət faizləri barədə məlumat hazırlamışıq.
Banco.az-ın araşdırmasına görə, banklar yanvar ayında 18 aylıq depozitlər üzrə faizləri yüksəldiblər. Belə ki, ötən ayla müqayisədə "Expressbank", "Yelo Bank", "AccessBank" və "AFB Bank" aylıq və müddətin sonunda təklif etdikləri faizləri artırıblar. Dekabr ayında faizlər belə idi: Dekabr ayında bankların 18 aylıq manat əmanəti faizləri
Hazırda 18 aylıq əmanət faizləri 1 illik əmanət faizlərindən daha sərfəlidir. Bu şərtlərdən yararlanmaq üçün infoqrafikdən bankların 18 aylıq manatla yerləşdirilən depozitlərə aylıq və müddətin sonunda təklif etdiyi faiz dərəcələri ilə tanış ola bilərsiniz.
Həmçinin qeyd edək ki, ötən ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ayadək olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azad edilib. Eyni zamanda, fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilib.
- Manat əmanəti hansı banklarda daha sərfəlidir? – Yanvar 2025
- Dollar əmanəti ən sərfəli olan banklar – Yanvar 2025
Bizi sosial şəbəkələrdən izləyin!!