Yəqin ki, çoxumuza bu nəhəng maliyyə təşkilatlarına rəhbərlik edən şəxslərin təhsilləri maraqlıdır. Qeyd edək ki, CEO-ların əksəriyyəti Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudurlar. Təhsilini xarici universitetlərdə tamamlayanlar da az deyil.
Aşağıda bank rəhbərlərinin bitirdikləri ali təhsil müəssisəsi və ixtisasların adı ardıcıllıqla verilib.
AFB Bank
Akif Əskərov. Təhsil: D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İstitutu- Maliyyə və kredit ixtisası
AG Bank
Mövsümov Azər 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Mühasibat uçotu” fakültəsini bitirib.
Amrah Bank
Həsənov Emil 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr dərəcəsi ilə, 2008-ci ildə isə magistr dərəcəsi ilə bitirmişdir.
AtaBank
Etibar Babaşlı 1999-cu ildə Ankara Universitetinin Siyasal Bilgilər fakültəsindən bakalavr pilləsi üzrə məzun olub.
2002-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və İdarə edilməsi istiqamətində magistr pilləsi üzrə təhsilini tamamlayıb.
Azər Türk Bank
Məmmədov Elmar 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu «Maliyyə və kredit», 1994-cü ildə isə Bakı Dövlət Universitetini «Hüquqşünas» ixtisası üzrə bitirmişdir.
Azərbaycan Kredit Bankı
Zahir Bəhlul oğlu Əliyev - İdarə Heyətinin Sədri Azərbaycan Neft-Kimya İnstitutunu bitirərək mühəndis,S.Orcanikidze adına ali məktəbi bitirərək-iqtisadçı ixtisasınına yiyələnmişdir.
Bank Avrasiya
Kərimov Rüfət Fuad oğlu 1985-ci ildə Azərbaycan Texniki Universitetinin "Radiotexnika" fakultəsini bitirmişdir.
Bank of Baku
Abbas İbrahimov Istanbul Teknik Universitetinin maliyyə fakultəsində 1999-2003-cü illərdə bakalavr, 2003-2005-ci illərdə isə magistr pilləsi üzrə təhsil alıb.
Bank Respublika
Xədicə Həsənova 2000-ci ildə ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Əlaqələr” fakültəsinndə ali təhsil alıb. 2006-cı ildə İsveçrənin Lozanna universitetində, Menecmentin İnkişafı İnstitutunu (IMD) MBA proqramı üzrə bitirib.
Bank Silk Way
Əhmədov Elçin Eldar oğlu 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" fakultəsini bitirmişdir. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" ixtisası üzrə magistr dərəcəsi almışdır.
Bank Standard
Abbas Nəsibov 1989-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Dəmir Bank
Roman Əmircanov 1985-ci ildə Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat və Statistika fakültəsini bitirmişdir.
Express Bank
Məmmədov Emin 1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Energetika" fakultəsini, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və Kredit” fakultəsini bitirib.
NBC Bank
Məmmədov Elçin 1997-2001 –ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirib.
ParaBank
Vəli Eldar oğlu Quliyev 2001-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb
PaşaBank
Fərid Axundov ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin planlaşdırılması" fakultəsində alıb.1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib.1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin "Biznesin administrasiyası" fakultəsini bitirib.
Qafqaz İnkişaf Bankı
Kəngərli Zəki 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə isə magistr pilləsini bitirmişdir
Rabitə Bank
Elçin Qədimov Azərbaycan İqtisad Universitetinin Mühasibat Uçotu və Audit fakultəsini bakalavr və magistr dərəcəsi ilə bitirib. ABŞ-ın Cənubi Alabama Universitetində MBA dərəcəsini alıb.
Yapı Kredi Bank
Altan Şentürk, İstanbul Universiteti -İqtisadiyyat. İstanbul Universiteti (Master)-Sosial Elmlər fakultəsi/ Pul Bank