Kapital adekvatlığı əmsalı bankın məcmu kapitalının riskli aktivlərə nisbətindən ibarətdir. Bu, bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir.
KAƏ (kapital adekvatlığı əmsalı) göstəricisinin aşağı olması bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə az olmasını göstərir.
Belə ki, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbdə kapital adekvatlığı əmsalı 12%-dən az olmamalı idi.
Lakin, "Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI"nda kəmiyyət xarakterli requlyativ tələblər yüngülləşdirilmiş, I dərəcəli kapitalın adekvatlıq əmsalı 5%-ə, məcmu kapitalın adekvatlıq əmsalı isə 10%-ə endirilmişdir.
Qeyd edək ki, məcmu kapital adekvatlığı əmsalının 10%-dən aşağı olması bankın müflisləşmə ehtimalını artırır.
Banco.az olaraq 2018-cı ilin ikinci rüb göstəricilərinə əsasən bankların kapital adekvatlığı əmsalını müəyyən etdik və cədvəl şəklinə gətirdik:
İlk siyahımız məcmu kapitalın adekvatlığı əmsalıdır. Bu göstərici bankın tutulmalardan sonrakı məcmu kapitalının risk dərəcəsi ilə ölçülmüş aktivlərə nisbəti kimi hesablanır.
Banklar |
Məcmu kapitalın adekvatlığı (%-lə) |
Pakistan milli bankı |
342,70 |
Naxçıvan Bank |
128,00 |
Bank Melli İran |
124,22 |
Bank Avrasiya |
62,98 |
Bank VTB |
38,76 |
Günay Bank |
34,18 |
AFB bank |
28,68 |
AzərTürkBank |
27,98 |
Ziraat Bank |
27,37 |
Rabitəbank |
27,00 |
NBC Bank |
25,62 |
Azərbaycan Beynəlxalq Bank |
25,19 |
Bank BTB |
25,17 |
Express Bank |
25,00 |
YapıKrediBank |
24,8 |
Nikoil Bank |
18,48 |
ASB bank |
17,42 |
Xalq Bank |
17,40 |
TuranBank |
17,00 |
Bank Silkway |
15,21 |
Unibank |
14,36 |
Muğan Bank |
14,00 |
Kapital Bank |
13,10 |
AtaBank |
13,02 |
Amrah Bank |
13,00 |
Paşa Bank |
11,4 |
Bank Respublika |
10,96 |
AG Bank |
7,42 |
Accessbank |
4,05 |
Bank of Baku |
3,46 |
Xəzər Aslanov, banco.az