Banklarımızın marketinq direktorlarını daha yaxından tanıyaq | Banco.az

Banklarımızın marketinq direktorlarını daha yaxından tanıyaq

Bir şirkətin simasını formalaşdıran, onu tanıdan və imicini formalaşdıran əsas şey onun marketinq siyasəti və fəaliyyətidir. Bu iş isə şirkətin marketinq departamentinə həvalə olunur. Şirkətin bu bölməsi, əsasən, bazarı təhlil etməli, yeni məhsul yaratmalı, məhsulun auditoryasını müəyyən etməli və onun tanıdılmasına yönəldilmiş işlər görməlidir. Marketinqi güclü olan bir şirkət daima rəqabətdə öndə olmağı bacarır, tələbata uyğun məhsul yaradır və yaddaşlarda yaxşı iz qoyur.

Bu dəfə banklarımızın marketinq departamentinə rəhbərlik edən şəxsləri müəyyən etdik. Banklarımızın marketinq direktorları haqqında daha ətraflı məqaləmizdən tanış ola bilərsiniz:

 

AccessBank - Günay Cəlilova

Image result for Günay Cəlilova

Günay Cəlilova 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə bakalavr təhsili, 2002-2004-cü illərdə həmin universitetdə İqtisadiyyat üzrə magisrt təhsili almışdır. 2015-ci ildə "University of Warwick - Warwick Business School"dan MBA dərəcəsi almışdır.

2006-cı ildə AccessBank-da müştəri xidmətləri nümayəndəsi olaraq işə başlamış, sonra Mərkəzi Filialda müştəri xidmətləri üzrə direktor vəzifəsinə yüksəlmişdir. Ardınca 8 il filial müdiri vəzifəsində çalışan Günay Cəlilova 2016-cı ildən etibarən AccessBank-ın Marketinq və Korporativ Bankçılıq Departamentinə rəhbərlik edir.

 

AFB Bank - Orxan Süleymanov

Orkhan Suleymanov

Orxan Süleymanov 2011-ci ildən AFB Bank-ın Biznesin İnkişafı Departamentinin direktorudur.

 

AG Bank - Vidadi Əlisgəndərov

Vidadi Alisgenderov

Vidadi Əlisgəndərov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb.

Karyerasına 2005 ci ildə Bank of Baku-da istehlak kreditləri üzrə mütəxəssis olaraq başlayıb. 2008-ci ildə Bank Standard-da daxili nəzarət və filialların idarə edilməsi üzrə mütəxəssis və böyük mütəxəssis olaraq çalışıb. 2013-cü ildə AG Bank-da İdarə Direktoru, 2014-cü ildə isə həmin bankda  Pərakəndə məhsulların idarə edilməsi və Satışa Nəzarət İdarəsinin rəhbəri olub. 2015-ci ildə Pərakəndə Bankçılıq Departamentinin direktoru olub, 2016-cı ildən isə AGBank-ın  Biznesin İnkişafı Departamentinin direktorudur.

 

Amrahbank - Şəfiqə Hacıyeva

Shafiga Hajiyeva

Şəfiqə Hacıyeva 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə bakalavr təhsili alıb. 2005-2008-ci illərdə həmin universitetdə Mühasibat və audit üzrə magistr təhsili alıb. 2014-2016-cı illərdə ADA Universitetindən Executive MBA dərəcəsi alıb. 2014-2016-cı illərdə Niderlandın "Maastricht School of Management" Universitetində Executive MBA dərəcəsi alıb.

2005-2009-cu illərdə Nikoil Bank-ın Beynəlxalq sənədli əməliyyatlar şöbəsinin müdiri olub. 2009-2012-ci illərdə Amrahbank-da Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri təyin olunub. 2012-ci ildən isə Amrahbank-ın Biznesin İnkişafı va Marketinq Departamentinin direktoru vəzifəsini icra edir.

 

Atabank - Oruc İbrahimov

Oruc İbrahimov 2007-2011-ci illərdə Bakı Biznes Universitetində bakalavr təhsili alıb.

Karyerasına IT üzrə mütəxəssis olaraq başlayan Oruc İbrahimov, 2012-ci ildən Atabank ailəsinə qoşulub və Bank Kartları və Elektron Servislər Departamentinin, POS-terminalların Monitorinqi və Texniki Dəstək şöbəsinin rəhbəri olub. Elə həmin ilin iyul ayından Marketinq Departamentinin mütəxəssisi vəzifəsini icra etməyə başlayıb. Son 3 il ərzində Kommunikasiyalar və PR şöbəsinin rəisi vəzifəsini icra edib. 2018-ci ilin martından Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsinə təyin olunub.

 

Azər Türk Bank - Rasim Hacıyev

Rasim Hacıyev 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Marketinq və idarəetmə" üzrə bakalavr təhsili alıb. 

Karyerasına  2005-ci ildə "Maxmedia Reklam Agentliyi"ndə  Müştəri xidmətləri üzrə menecer olaraq başlayan Rasim Hacıyev, 2012-ci ildə "AB Standard" şirkətində böyük marketinq mütəxəssisi, 2014-cü ildə isə həmin şirkətdə Marketinq direktoru vəzifəsində olub. 2017-2018-ci illərdə "Pullman Hotels and Resorts" şirkətində Marketinq və PR Meneceri vəzifəsində olub. 2018-ci ilin martından Azər Türk Bank-ın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilib.

 

Bank of Baku - Gülşən Cumayeva

Gülşən Cumayeva 2005-2009-cu illərdə Azərbaycan Dillər Universitetində İngilis dili üzrə bakalavr təhsili alıb. 2009-2011-ci illərdə Qafqaz Universitetinin İngilis dili və ədəbiyyatı üzrə magistr dərəcəsini alıb. 

Karyerasına 2012-ci ildə "Ümidli Gələcək" Gənclər Təşkilatında icraçı direktor olaraq başlayan Gülşən Cumayeva, elə həmin ilin sentyabrında adı çəkilən şirkətin Marketinq və PR Departamentinin direktoru olub. 2013-cü ildə FİNCA Azərbaycan kredit təşkilatında PR kordinator vəzifəsinə gəlib, 2015-ci ilin yanvarında isə həmin şirkətin İctimaiyyətlə Əlaqələr bölməsinin rəhbəri olub. 2015-ci ilin aprelində Rabitəbank-ın  İctimaiyyətlə Əlaqələr bölməsinin rəhbəri vəzifəsinə təyin edilib. Həmin ilin oktyabrında Bank of Baku-nun Media Əlaqələri üzrə rəhbəri, 2016-cı ildə isə İctimaiyyətlə Əlaqələr bölməsinin rəhbəri vəzifəsini icra edib. 2017-ci ildən Bank of Baku-nun Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin Direktorudur.

 

Bank Respublika - Əli Daşdəmirov

Əli Daşdəmirov 2007-2011-ci illərdə Azərbaycan Dillər Universitetində bakalavr təhsili alıb. Bununla bərabər bir sıra xarici universitetlərdə təcrübədə olub və 2010-2011-ci illərdə Fransanın "Qrats Universiteti"ndə Biznes idarəçilik üzrə təhsil alıb.

2010-2012-ci illərdə Avstriyanın "Inclusa Gmbh" şirkətində Regional Marketinq məsləhətçisi, həmçinin "Proline LTD" şirkətində marketinq meneceri vəzifəsində olub. 2012-ci ildən Bank Respublika-nın Marketinq Departamentinin direktoru vəzifəsində çalışır.

 

Bank Silk Way - Kamran Zamanov

Ən sərfəli kredit üçün müraciət et

Kamran Zamanov

Kamran Zamanov 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq üzrə bakalavr təhsili alıb. 2008-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Layihə menecmenti üzrə magisrt təhsili alıb. 

Kamran Zamanov karyerasına 2004-cü ildə AXA MBASK Sığorta şirkətində Marketinq və PR meneceri olaraq başlayıb, 2010-cu ildə isə AZAL-da (Azərbaycan Hava Yolları) və Bank Silk Way-də Marketinq və PR meneceri vəzifəsini icra edib. 2013-cü ildən Silk Way Holding-in Marketinq və PR departamentinin direktorudur.

 

Azərbaycan Beynəlxalq Bankı - Nigar Tahirova

Nigar Tahirova 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq üzrə bakalavr təhsili alıb. 2015-ci ildə İngiltərənin "Chartered Institute of Marketing" İnstitutunda Marketinq üzrə təhsil alıb.

Karyerasına 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi nəzdində İqtisadi İslahatlar Mərkəzində könüllü olaraq başlayıb və elə həmin ildə İqtisadi İslahatlar Mərkəzində Elmi katiblik şöbəsinin mütəxəssisi vəzifəsi üzrə işə qəbul olunub. 2004-cü ilin yanvarında "Azərbaycan Marketinq Cəmiyyəti"ndə Layihə menecerinin köməkçisi, 2004-cü ilin yanvarından isə İqtisadi İslahatlar Mərkəzinin Marketinq Departamentinin aparıcı mütəxəssisi olub. 2004-cü ilin oktyabrından isə Bank of Baku-nun Marketinq Departamentinin Marketinq qrup  koordinatoru vəzifəsinə təyin olunub. 2005-ci ildə Bank of Baku-nun Marketinq Departamentinin Reklam və İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssisi, 2007-ci ildə isə Marketinq Departamentinin direktoru olub. 2017-ci ilin mayında Bank of Baku-nun Sahə Direktoru vəzifəsinə təyin olunnan Nigar Tahirova, elə 2017-ci ilin iyununda Beynəlxalq Bank-a keçib və Marketinq Departamentinin direktoru vəzifəsinə təyin olunub.

 

Expressbank - Yaşar Kərimov

Yashar Karimov

Yaşar Kərimov 1991-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb. 

Karyerasına 2004-cü ildə Bank of Azərbaycanda Proqram İnkişafı Departamentinin meneceri olaraq başlayıb. 2011-ci ildə isə eyni vəzifə üzrə - Proqram İnkişafı Departamentinin mütəxəssisi olaraq Expressbank-da işə başlayıb. 2013-cü ildə IT Departamentinin direktoru olan Yaşar Kərimov, 2017-ci ildən həmin bankda Biznesin İnkişafı Departamentinin direktorudur. 

 

Kapital Bank - Günel Fərzəliyeva

Günel Fərzəliyeva 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Jurnalistika üzrə bakalavr təhsili alıb. 2005-2007-ci illərdə həmin universitetin Beynəlxalq Jurnalistika üzrə magistr dərəcəsini alıb. 2015-2017-ci illərdə Niderlandın "Maastricht School of Management" məktəbindən Executive MBA dərəcəsi alıb. 

2008-2014-cü ildə Embawood şirkətində  Reklam və İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışıb. 2014-cü ildən Kapital Bank-ın Marketinq Departamentinin direktorudur. 

 

Muğanbank - Orxan Bayramov

Orxan Bayramov 1992-1997-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutu ərzaq mallarının əmtəəşünaslığı fakültəsi, 2006-2010-ci illərdə isə Milli Aviasiya Akademiyası avianəqliyyat yükdaşımanın təşkili fakültəsində bakalavr dərəcəsi üzrə təhsil almışdır.

2004-2008-ci illərdə AZAL-da turizm agenti kimi işə başlayıb. 2012-2013-cü illərdə Efes Beverage-də şöbə müdiri olaraq çalışıb. Orxan Bayramov 2013-ildə Muğanbank-da İnvestisiya və Biznesin İnkişafı Departamentinin Direktoru vəzifəsində fəaliyyətinə başlayıb və hal hazırda Marketinq Departamentinin Direktoru vəsifəsində çalışır. 

 

Nikoil Bank - Rəşad Cümşüdov

Image result for rəşad cümşüdov nikoil

Rəşad Cümşüdov 2004-cü ildə Bakı Slavyan Universitetində Ukrayna dili üzrə tərcümə və beynəlxalq münasibətlər üzrə magistr təhsili alıb. 2007-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə yenidən magistr təhsili alıb. 2016-cı ildə Ukraynanın Digital Marketing İnstitutunda rəqəmsal marketinq üzrə təhsil alıb. 

Karyerasına 2007-ci ildə Kapital Bank-da aparıcı kredit mütəxəssisi olaraq başlayıb. 2011-ci ildə Nikoil Bank-da Strateji İnkişaf və Prosesin Optimallaşdırılması Departamentinin  aparıcı mütəxəssisi vəzifəsinə təyin olunub. 2013-cü ildə həmin bankda Strateji Planlaşdırma bölməsinin rəhbəri, 2015-ci ildə İnkişaf Departamentinin (PR, Markinq və Reklam) rəhbəri, 2016-cı ildə isə Strateji inkişaf bölməsinin rəhbəri olub. 2016-cı ilin sentyabrından Marketinq Departamentinin sədri vəzifəsini icra edir.

 

Paşa Bank - Sona Abbasova

Sona Abbasova 2015-2016-cı illərdə "IE Business School"da Biznes və Korporativ Əlaqələr üzrə magistr təhsili alıb.

1998-ci ildə BMT-nin İnkişaf proqramı üzrə proqram asistenti olaraq çalışıb. 1998-2004-cü illərdə HSBC Holdings-də İctimai əlaqələr üzrə mütəxəssis vəzifəsini icra edib. 2004-2010-cu illərdə Avropa Yenidənqurma və İnkişaf Bankında Kommunikasiya üzrə baş mütəxəssis vəzifəsində çalışıb. 2010-ci illərdə Paşa Bank-da İctimai əlaqələr üzrə mütəxəssis vəzifəsinə təyin edilib. 2013-cü ildən Paşa Bank-ın Korporativ Əlaqələr Departamentinin direktorudur.

 

Rabitəbank - Əliyev Elmir

Elmir Əliyev 2004-2009-cu illərdə Qafqaz Universitetində Hüquq və beynəlxalq münasibətlər üzrə bakalavr təhsili alıb. 

Karyerasına 2012-ci ildə Shift Almaty Reklam Agentliyində mühasib olaraq başlayıb. 2013-cü ildə Uptime Marketinq Agentliyində mühasib, 2014-cü ildə həmin şirkətdə direktor vəzifələrində olub. 2015-ci ildə GoldenPay şirkətində marketinq mütəxəssisi olaraq işə başlayan Elmir Əliyev, 2016-cı ildə marketinq üzrə direktor vəzifəsinə yüksəlib. 2017-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bank-ında marketinq məsləhətçisi kimi çalışıb. 2018-ci ildən Rabitəbank-da Marketinq Departamentinin direktorudur.

 

Turanbank - Emil Mürsəlov

Emil Mürsəlov 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində menecment üzrə magistr təhsili alıb.

2008-ci ildən Turanbank-ın Marketinq və Satış Departamentinin Direktorudur.

Ən sərfəli krediti almaq üçün müraciət et