Banklarımızın hazırladığı uğurlu imic çarxları | Banco.az

Banklarımızın hazırladığı uğurlu imic çarxları

Bu gün banklarımızın hazırladığı imic çarxlarından söhbət açacağıq. Hansı ki, bu çarxlarda insanların mənəvi dəyərlərinə olan hörmət xüsusi olaraq vurğulanır.

Bank və müştəri əlaqələri də məhz bu dəyərlər üzərində qurulduğu üçün, bu cür layihələrdə uğur qazana bilmək çox önəmlidir. Çünki onu izləyən hər bir şəxs bu bankın potensial və ya real müştərisidir.

Qonşu ölkə Türkiyədə bankların hazırladığı imic çarxlarının uğrunu hamımız yaxşı bilirik. "Kaş bizdə də bu tip çarxlar olaydı" dediyimiz vaxtlar heç də uzaq keçmiş deyil.

Lakin artıq ölkəmizin bank sektorunda bira sıra banklarımız çox uğurlu layihələrə imza atmışdır. Son illərdə bankların hazırladığı, izlədikcə insana əminlik hissi bağışlayan, ən gözəl və uğurlu imic çarxlarını sizlərə təqdim edirik:

Bank of Baku

“Bank of Baku"nun 20 illik yubileyinə həsr olunmuş imic çarxı 2014-cü ildə yayımlanıb. 

İmic çarxının ssenarisi, Bank tərəfindən verilmiş ideya əsasında tanınmış “Cinealliance” prodakşn şirkəti tərəfindən hazırlanmışdır və Aleksey Lamaxın rejissorluğu altında çəkilişlər aparılmışdır. 

Unibank

"Unibank"ın 2014-cü ildə hazırladığı “ARZULAR REALLAŞIR!” imic çarxı 3 dostun timsalında qarşılarına çıxan çoxsaylı maneələrə baxmayaraq arzularını reallaşdıran insanların uğur hekayəsidir.

Kapital Bank

Ən sərfəli kredit üçün müraciət et

"Kapital Bank"ın 140 illiyi münasibəti ilə hazırlanmış çarx 2014-cü ilə yayımlanmışır. Çarxda insanın nələrə qadir ola biləcəyi təsvir edilmişdir.

AtaBank

Çarxda "AtaBank"ın 21 illik fəalliyəti dövründə müştəriləri üçün verdiyi əmək və sevginin bəhrə görməsindən danışılır. 2014-cü ildə yayımlanmışdır.

Expressbank

2015-ci ildə yayımlanmış çarxda "Expressbank" müştərilərinə göstərdiyi xidmətin rahat və keyfiyyətli olmasından söhbət açır.

Accessbank

2014-cü ildə yayımlanmış çarx ilə, bank hər zaman müştərilərinin yanında olduğunu göstərməyə çalışıb.

Xalq Bank

"Uğurla birlikdəyik" deyən "Xalq Bank", reklam çarxında insanının daima yanında olduğunu göstərməyə çalışıb. Reklam çarxı 2011-ci ildə yayımlanıb.

Qeyd edək ki, təqdim etdiyimiz çarxlar imic xarakterli olduğu üçün, bank məhsulları üçün hazırlanmış reklam çarxlarını burada qeyd etməmişik.