Banklarımızın ən gənc rəhbərləri kimlərdir? – Araşdırma | Banco.az

Banklarımızın ən gənc rəhbərləri kimlərdir? – Araşdırma

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Bu gün Azərbaycanın bank sektorunda gənc kadrların rolu artmaqdadır. Bu səbəblə budəfəki məqaləmizdə banklarmızın rəhbərlərinin yaşını araşdırmışıq.

Araşdırmamıza əsasən, bank sektorumuzda 13 bankın rəhbəri 1980-ci ildən sonra, 5 bankın sədri 1970-80-ci illərdə, 4 bankın rəhbəri isə 1970-ci ildən əvvəl anadan olub.

Azərbaycan Mərkəzi Bankı-nın sədri Taleh Kazımovun 41 yaşı var. Ən gənc bankirlər Azər Türk Bank-ın sədri Orxan Hüseynov və Premium Bank-ı idarə edən Kamil Lətifovdur. Hər iki sədrin yaşı 38-dir. 

Ölkəmizin aktivlərinə görə ən böyük bankı olan ABB-ni 43 yaşlı Abbas İbrahimov idarə edir.

TOP-5 banklar sırasında olan Kapital Bank-ın sədri Fərid Hüseynovun 41, Xalq Bank-ın sədri Kamran Məcidovun 42, Bank Respublika-nın sədri Tariyel İsmayılovun 43, PAŞA Bank-ın sədri Cavid Quliyevin isə 52 yaşı var.

Bank of Baku-nu 39 yaşlı Həsən Quliyev, TuranBank-ı Orxan Qarayev, AFB Bankı isə Orxan Xubanlı idarə edir. Hər iki sədrin də 41 yaşı var.

AccessBank-ı idarə edən Davit Tsiklaurinin, Bank VTB-nin sədri İqor Okayevin və Unibank-ın sədri Fərid Abuşovun 43 yaşı var. 

Rabitəbank-ı idarə edən Aydın Hüseynov və Yelo Bank-ın sədri Anar Həsənovun müvafiq olaraq 45 və 46 yaşları var.

Ən sərfəli kredit üçün müraciət et

Mehman Məmmədov 1973-cü ildə anadan olub. Sədrin hazırda 51 yaşı var və Expressbank-i idarə edir. Azərbaycandakı Türkiyə bankı olan Yapı Kredi Bank-ın sədri Cenk Yükselin yaşı 53-dür.

1970-ci ildən əvvəl anadan olan ASB Bank-ın sədri Kənan Orucovun 55, Bank BTB-nin sədri Eldəniz Hüseynovun 57, Ziraat Bank-ın sədri Selçuk Demirin 58 yaşı var.

Bank Avrasiya-nın rəhbəri Rüfət Kərimov isə 1963-cü ildə anadan olub və sədrin hazırda 61 yaşı var.

Daha ətraflı məlumat və sədrlərin fotoları ilə tanış olmaq üçün infoqrafikə nəzər sala bilərsiniz:

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et