Banklarımızın ən fərqli debet kart məhsulları | Banco.az

Banklarımızın ən fərqli debet kart məhsulları

Debet kartları istənilən növ istifadəçi üçün rahat ödəniş vasitəsidir. Hesabınızda məhz sizin həmin hesaba daxil etdiyiniz qədər vəsait olur. Hansı bankın kartından istifadə etməyinizdən asılı olaraq, banklar həmin kartdakı hesaba hətta faizlər də əlavə edə bilər.

Həmçinin bax: Hansı bankların kartlarını pulsuz əldə etmək olar? - YENİ 2022

Lakin bu zaman mahiyyət etibarı ilə kartınızdakı pul xüsusi növ əmanətə çevrilmiş olacaqdır.

Debet kartları əsasən işləyən əhaliyə öz əməkhaqqısını almaqdan ötrü verilir. Bu vəsaitlərin hərəkətini daha şəffaf edir və insanlarda yeni texnologiyalardan istifadə etmə vərdişi yaradır.

Debet  kartlarının əsas növləri – sosial kartlar, təqaüd karları, əməkhaqqı kartları və depozit kartlardır.

Banklarımızın təqdim etdiyi standart debet kart məhsulları ilə burada tanış ola bilərsiniz.

 Debet kartlar

Lakin sizə həmçinin bankların ən fərqli debet kart məhsulları ilə də tanış etmək istərdik. 

Kartın adı

Bank

İllik xidmət haqqı

İllik gəlir

faiz (varsa)

Əsas xüsusiyyət

Gənc Kart

Bank Standard

15 AZN

9%

Gənclər üçün olan bu kart sizə əlavə vəsait qazanmaq imkanı verir

Visa Electron Vertical

Ata bank

15 AZN

 

Kartın  unikallığı kartın üzərindəki təsvir və bütün şəxsi məlumatların karta şaquli olaraq daxil edilməsindədir

Visa Electron Aroma

Atabank

15 AZN

 

Visa  Electron Aroma Lemon və Visa Classic Aroma Coffee. Bu kartlar tərtibatı ilə yanaşı ətri ilə də diqqəti  cəlb edir

Visa Electron Solo

Atabank

15 AZN

 

Sizə imkan verir ki, öz plastik kartınızın üstünə istədiyiniz təsviri yerləşdirə biləsiniz.

Zəvvar Kart

AFB Bank

Ödənişsiz

 

Gülab ətirli zəvvar kartı. Həcc ziyarətinə gedənlər üçün

İlk kart

Bank Respublika

Ödənişsiz

 

7-17 yaşlı müştərilər üçün, İlk Kart yetkinlik yaşına çatmamış şəxsin başqa şəhərdə və ya ölkədə yaşadığı və ya oxuduğu halda da rahatdır

Uçurucu kartlar

Bank SilkWay

İki illik 40 AZN

 

Kartdan istifadə nəticəsində pulsuz uçuş və aviabilet qazanmaq imkanı

Ani kart

Beynəlxalq Bank

12 AZN

 

SMS vasitəsi ilə alınan virtual kart, internet ödənişləri üçün nəzərdə tutulub

Qibla Card

Beynəlxalq Bank/ islam bankçılığı

40 AZN

 

Kartın üzərində dünyanın istənilən nöqtəsindən Qiblənin təyin edilməsi üçün xüsusi elektron qiblə-kompas yerləşdirilib.

Jasmine Card

Beynəlxalq Bank/ islam bankçılığı

25 AZN

 

VİSA Classik bazasında hazırlanmış bu kart, zərif dizaynı və xüsusi çiçək qoxusu ilə yalnız qadınların istifadəsi üçün yaradılmışdı

MobilCard

DəmirBank

15 AZN

 

Aparılan əməliyyatlar nəticəsində danışıq vaxtı qazanmaq imkanı

LEADERCARD

DəmirBank

Ödənişsiz

2

Xaricdən edilən pul köçürmələrinin qəbulu asanlaşdırmaq üçün

COUNTDOWN

DəmirBank

20 AZN

 

Dünyanın 34 ölkəsində, 100 000-dən çox ticarət-xidmət mərkəzlərində 50%-dək endirim 38 günədək faizsiz müddətlə kartla kredit xəttinin açılması imkanı

Visa Gift

Muğan Bank

5AZN

 

Nominal dyəri 50-200 AZN, Şəxiyyət vəsiqəsi olmadan almaq mümkündür. Hədiyyə kartıdır

BuCard

Nikoil Bank

15 AZN

5%

Depoit tipli kart

Halal Card

Nikoil bank

Ödənişsiz

 

İlkin mədaxil 100 AZN olmalıdır. Bu kartlardan nağd pul çıxarılması üçün komissiya faiz dərəcəsi şəklində deyil, sabit məbləğ həcmində tutulur

Pul Kart

Yapı Kredi Bank Azərbaycan

5 AZN

 

Partnyor şəbəkədə alış-veriş zamanı bonuslar qazandıran kart

Dizayn Kart

Xalq Bank

30 AZN

 

Kartın dizaynının seçmək və  yaratmaq imkanı

Ən sərfəli kredit üçün müraciət et

Könül Soltanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et