Xarici praktikada hər hansı bir müəssisənin, o cümlədən maliyyə təşkilatının fəaliyyətini heç bir analiz etmədən, onun nə dərəcədə maliyyə dayanıqlı olması haqqında məlumat əldə etmək üçün həmin təşkilatın reytinq göstəricilərinə diqqət edirlər.
Reytinqlər müəssisə haqqında kifayət qədər tutumlu məlumat verə bilir. Siz investisiya etmək istədikdə, kredit verdikdə, əmanət yerləşdirdikdə, səhm aldıqda, partnyorluq qurduqda təşkilatın beynəlxalq reytinqlərinə diqqət edirsiniz.
Dünyada “Böyük üçlük” adı ilə tanınan üç əsas beynəlxalq reytinq agentliyi vardır ki, onların adları Fitch, Moody’s və Standard and Poor’s agentlikləridir.
Bu təşkilatların reytinq göstəricilərini isə aşağıda işləyə bilərsiniz.
Burada isə sizə Azərbaycanın özünün suveren reytinqini və həmçinin bir neçə iri şirkətlərin reytinqlərini təqdim etmək istərdik. Bu reytinqlər Fitch reytinq agentliyi tərəfindən verilib.
Ad |
Kateqoriya |
LT reytinq iDR |
ST reytinq İDR |
Tarix |
Azərbaycan |
Ölkə/Suveren |
BBB- |
F3 |
28 mart 2014 |
SOCAR/ARDNŞ |
Korporativ |
BBB- |
F3 |
16 aprel 2014 |
İpoteka Fondu |
Maliyyə təşkilatı |
BBB- |
13 dekabr 2013 |
|
Dəmir Yolu QSC |
Korporativ |
BBB- |
12 dekabr 2013 |
|
Azərenerji ASC |
Korporativ |
BBB- |
F3 |
12 dekabr 2013 |
LT IDR= Xarici valyutada uzunmüddətli emitentin defolt reytinqi (EDR)
ST IDR = Xarici valyutada qısamüddətli emitentin defolt reytinqi (EDR)
Bir faktı da unutmayaq ki, istənilən bir ölkənin ərazisində yerləşən təşkilatın reytinqi, həmin ölkənin özünün suveren reytinqindən yüksək ola bilməz. Ona görə də istər bankların və istər də digər təşkilatların reytinqinin yüksəlməsi üçün Azərbaycanın özünü suveren reytinqi də yüksəlməlidir.
Bu cədvəldə isə banklarımızın əsas reytinq göstəriciləri ilə tanış ola bilərsiniz.
Korporativ banklar içərisindən ən yüksək beynəlxalq reytinqə malik olan Bank AccessBankdır.
Cədvəldə əsasən Fitch agentliyi tərəfindən verilmiş reytinqlər yer alıb, yalnız Bank of Baku və Xalq Bankın reytinqləri Moody’s agentliyi tərəfindən verilib.
Ad |
Kateqoriya |
LT reytinq iDR |
ST reytinq İDR |
Tarix |
Proqnoz |
AccessBank |
Korporativ |
BB+ |
B |
19 dekabr 2013 |
Stabil |
Beynəlxalq Bank |
Korporatv |
BB |
B |
19 dekabr 2013 |
Stabil |
Kapital Bank |
Korporatv |
B+ |
B |
19 dekabr 2013 |
Stabil |
Bank of Baku |
Korporatv |
B1 |
b1 |
12 dekabr 2013 |
Stabil |
Pasha Bank |
Korporatv |
B+ |
B |
19 dekabr 2013 |
Stabil |
Unibank |
Korporatv |
B |
B |
11 mart 2014 |
Pozitiv |
Xalq Bank |
Korporativ |
B2 |
b3 |
12 dekabr 2013 |
Stabil |
DəmirBank |
Korporatv |
B |
B |
11 mart 2014 |
Pozitiv |
AG Bank |
Korporativ |
B- |
B |
11 mart 2014 |
Stabil |
Atabank |
Korporativ |
B- |
B |
11 mart 2014 |
Stabil |
Bank Technique |
Korporatv |
B- |
B |
11 mart 2014 |
Stabil |
Hər bir bankın reytinq göstəriciləri ilə daha ətraflı tanış ola bilərsiniz:
Beynəlxalq Bank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'BB' səviyyəsində təsdiq edilib.
- Reytinq üzrə proqnoz: Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b-' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '3' səviyyəsində təsdiq edilib
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: 'BB' səviyyəsində təsdiq edilib
AccessBank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'BB +' səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz: Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b' səviyyəsindən 'bb-' səviyyəsinə yüksəldilib
- Dəstəklənmə reytinqi: '3' səviyyəsində təsdiq edilib
Kapital Bank
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B+' səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz: Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b-' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '4' səviyyəsində təsdiq edilib
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: 'B+' səviyyəsində təsdiq edilib
Paşa Bank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B+' səviyyəsində təsdiq edilib;
- Reytinq üzrə proqnoz Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b+' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib
Bank Technique
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'CC' səviyyəsindən 'B-' –yə yüksəldilib
- Reytinq üzrə proqnoz: Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'C' səviyyəsindən 'B' –yə yüksəldilib
- Dayanaqlıq reytinqi: 'cc' səviyyəsindən 'b-' –yə yüksəldilib
- Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib
Unibank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B' səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz: Stabildən Pozitivə dəyişib
- Qısa-müddətli reytinq, xarici valyutada(ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib
DəmirBank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B' səviyyəsində təsdiq edilib,
- Reytinq üzrə proqnoz: Stabildən Pozitivə dəyişib
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib
Atabank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B-' səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz: Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b-' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '5' səviyyəsində təsdiq edilib
AGBank
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): 'B-' səviyyəsində təsdiq edilib,
- Reytinq üzrə proqnoz: Neqativdən Stabilə dəyişib
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): 'B' səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: 'b-' səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: '5'səviyyəsində təsdiq edilib
Xalq Bank (Moody's İnvestors Service)
- Milli və xarici valyutada uzunmüddətli əmanət reytinqi – B3-dən B2-yə yüksəlib
- Maliyyə dayanıqlığı reytinqi ((BFSR) - E+ səviyyəsində təsdiq edilib
- Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) – b3
- Əmanətlər üzrə qısa müddətli reytinq (yerli və xarici valyutada) - Not Prime
Bank of Baku (Moody's İnvestors Service)
- Milli və xarici valyutada uzunmüddətli əmanət reytinqi – B2-dən B1-yə yüksəlib
- Maliyyə dayanıqlığı reytinqi (BFSR) - E+ səviyyəsində təsdiq edilib
- Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) – b2-dən b1-ə yüksəldilib
- Əmanətlər üzrə qısa müddətli reytinq (yerli və xarici valyutada) - Not Prime
Reytinqlərin izahları və hansı meyarlar əsasında verilməsini öyrənmək üçün növbəti yazılarımızı izləyin...
Könül Soltanova / Banco.az