Banco.az-dan ayrılsam da bundan xəbərsiz dostlarım bəzi mövzularda mənə müraciət etməkdə davam edir, Bankların beynəlxalq reytinqlərinin müqayisəsi də bu sıradandır. Bu mövzuya daha öncələr də müraciət etmişəm, çətinlik sadəcə ondan ibarətdir ki, reytinqləri anlayan adam üçün yazdıqlarım çox sadə, onlardan xəbərsiz olanlar isə qəlizdir. Çalışacam sadə olsun.
Beynəlxalq reytinqlərin olması bankların xarici investorlardan maliyyə cəlb etməsi baxımından çox önəmlidir. Əgər hər hansı bir Avropa ölkəsində reytinqin yüksəkliyi investor üçün meyar hesab olunursa, Azərbaycanda bankın beynəlxalq reytinqinin olmasının özü belə göstərici sayılır, yəni ən azından bank hər hansı bir neytral, bitərəf qurum tərəfindən qiymətləndirilir. Amma yenə də reytinqin yüksək və ya aşağı olması əhəmiyyətlidir. Qeyd edək ki, ötən illərdə araşdırmaya daxil olan banklardan yalnız “Bank Technique” bu il siyahıdan kənarda qalıb, səbəb isə bankın lisenziyasının alınmasıdır. Yəni reytinqin olması bankın iflas olmayacağı anlamına gəlmir, amma reytinqləri izləsəniz, hansı bankın bu təhlükə ilə üzləşdiyinindən agah ola bilərsiniz. Təəssüf ki, sektordakı bankların əksəriyyətinin ümumiyyətlə reytinqi yoxdur
Əgər ilk devalvasiyadan sonra bankların reytinq proqnozları pozitivdən stabilə endirilmişdirsə, ikinci devalvasiya və ya daha dəqiq desək, Mərkəzi Bankı manatı üzən məzənnə rejiminə keçirməsi bankların reytinqlərinin stabildən neqativə dəyişməsi ilə nəticələndi. Reytinləqin proqnozlarının dəyişməsinin əsas səbəbi kimi, neftin qiymətinin ucuzlaşması, iqtisadiyyatın neftdən asılılığı, manatın ucuzlaşması nəticəsində, aktivlərin ölçülmüş risk dərəcəsinin artması, bankların xarici borclanma əmsalının yüksəlməsini göstərmək olar, ümumilikdə Azərbaycanın suveren reytinq proqnozunun dəyişməsi də buna təsir edir. Xatırladaq ki, bir qayda olaraq, bir ölkə ərazisində yerləşən qurumun reytinqi həmin ölkənin suveren reytinqindən yüksək olmur.
Məsələn Fitch 26 Fevral, 2016-cı ildə Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini ‘BBB-‘. səviyyəsindən ‘BB+’-ə endirmişdir, kredit proqnozu isə neqativdir
Beləliklə bu keçən 3 aydan bir az çox müddət ərzində reytinq agentlikləri banklarımının proqnozlarını neqativ gözləməyə keçirtdilər.
Cədvəldə bankların ən son reytinqlərini izləyə bilərsiniz (Eyni bir bankın bir neçə agentlik tərəfindən qiymətləndirilməsi də cədvəldə nəzərə alınmışdır).
Ad |
Kateqoriya |
LT reytinq İDR |
ST reytinq İDR |
Tarix |
Proqnoz |
AccessBank (FR) |
Korporativ |
BB+ |
B |
09 Mart 2016 |
Neqativ |
Beynəlxalq Bank (FR) |
Korporativ |
BB |
B |
09 Mart 2016 |
Neqativ |
Beynəlxalq Bank (Moodys) |
Korporativ |
Ba3 |
b3 |
21 Yanvar 2016 |
Stabil |
Kapital Bank (FR) |
Korporativ |
BB- |
B |
21 Sentyabr 2015 |
Stabil |
Kapital Bank (Moodys) |
Korporativ |
Ba3 |
B1 |
21 Yanvar 2016 |
Neqativ |
Kapital Bank (S&P) |
Korporativ |
BB- |
B |
17 Fevral 2016 |
Neqativ |
Pasha Bank (FR) |
Korporativ |
BB- |
B+ |
09 Mart 2016 |
Neqativ |
Pasha Bank (S&P) |
Korporativ |
BB- |
B |
17 Fevral 2016 |
Neqativ |
Unibank (FR) |
Korporativ |
B |
B |
24 Dekabr 2015 |
Neqativ |
Unibank (Moodys) |
Korporativ |
B3 |
b3 |
21 Yanvar 2016 |
Neqativ |
Expressbank (FR) |
Korporativ |
B |
B |
21 Sentyabr 2015 |
Stabil |
DəmirBank (FR) |
Korporativ |
B |
B |
24 Dekabr 2015 |
RWN |
Xalq Bank (Moodys) |
Korporativ |
B2 |
b3 |
21 Yanvar 2016 |
Neqativ |
VTB Bank Azerbaijan (Moodys) |
Korporativ |
B2 |
caa1/b2 |
21 Yanvar 2016 |
Neqativ |
Bank Respublika (Moodys) |
Korporativ |
B2 |
b2 |
21 Yanvar 2016 |
Neqativ |
Bank of Baku (Moodys) |
Korporativ |
B3 |
b3 |
21 Yanvar 2016 |
Neqativ |
Atabank (FR) |
Korporativ |
B- |
B |
24 Dekabr 2015 |
RWN |
Muğanbank (S&P) |
Korporativ |
B- |
C |
21 Yanvar 2016 |
Neqativ |
AG Bank (FR) |
Korporativ |
CCC |
C |
10 mart 2015 |
RWN |
LT IDR= Xarici valyutada uzunmüddətli emitentin defolt reytinqi (EDR)
ST IDR = Xarici valyutada qısamüddətli emitentin defolt reytinqi (EDR)
RWP – Reytinq pozitiv görünür
RWN – Reytinq neqativ görünür
Hazırda mövcud reytinqlər arasında ən yüksəyi AccessBanka məxsusdur, son reytinq dəyişikliyi Martın 9-da baş vermişdir, agentlik ölkənin suveren reytinqini aşağı saldıqdan sonra 3 bankın reytinq proqnozlarını neqativə keçirmişdir.
Qeyd etmək istərdik ki, Kapital Bank ötən ilin dekabrında Fitch agentliyinin xidmətindən imtina edib, bu o deməkdir ki, daha agentliyin açıqlamalarında bankın adını görməyəcəyik.
Hər bir bankın reytinqinin salınma səbəbinə ayrıca toxunmaq olar, amma bankların çoxluğunu və üç agentlik tərəfindən qiymətləndirildiyini nəzərə alıb bunu etmirem.
Hər bir bankın reytinq göstəriciləri ilə daha ətraflı tanış ola bilərsiniz:
Fitch tərəfindən təqdim olunanlar
Beynəlxalq Bank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘BB’ səviyyəsində təsdiq edilib.
- Reytinq üzrə proqnoz: Neqativ
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B’ səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: ‘b-‘ səviyyəsində təsdiq edilib,
- Dəstəklənmə reytinqi: ‘3’ səviyyəsində təsdiq edilib
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: ‘BB’ səviyyəsində təsdiq edilib.
AccessBank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘BBB-‘dən “BB+”ə endirilib
- Reytinq üzrə proqnoz: Neqativ
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘F3’-dən B-yə endirilib
- Dayanaqlıq reytinqi: ‘bb-‘ səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: ‘2’-dən “3”-ə endirilib
Kapital Bank
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘B+’ səviyyəsindən ‘BB-‘yə yüksəldilib
- Reytinq üzrə proqnoz: Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B’ səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: ‘b’ səviyyəsindən ‘b+’ə yüksəldilib
- Dəstəklənmə reytinqi: ‘4’ səviyyəsindən ‘3’ə yüksəldilib
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: ‘B+’ səviyyəsindən ‘BB-‘yə keçirilib
Paşa Bank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘BB-‘ səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz: Neqativ
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B’ səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: ‘b+’ səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: ‘3’ səviyyəsində təsdiq edilib
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: ‘BB-‘ səviyyəsində təsdiq edilib
Expressbank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘B’ səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz Stabil
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B’ səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: ‘b’ səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: ‘5’ səviyyəsində təsdiq edilib
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub
Unibank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘B’ səviyyəsində təsdiq edilib
- Reytinq üzrə proqnoz: Stabildən Neqativə endirilib.
- Qısa-müddətli reytinq, xarici valyutada(ST IDR): ‘B’ səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: ‘b’ səviyyəsində təsdiq edilib
- Dəstəklənmə reytinqi: ‘5’ səviyyəsində təsdiq edilib
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub
DəmirBank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘B’ səviyyəsindədir. RWN-ə keçirilib
- Reytinq üzrə proqnoz: Proqnoz neqativ görünür
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B’, (RWN-ə keçirilib)
- Dayanaqlıq reytinqi: ‘b’ (RWN-ə keçirilib)
- Dəstəklənmə reytinqi: ‘5’ səviyyəsində təsdiq edilib
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub
Atabank:
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘B-‘ səviyyəsindədir. RWN-ə keçirilib
- Reytinq üzrə proqnoz: Proqnoz neqativ görünür
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B’ səviyyəsində təsdiq edilib
- Dayanaqlıq reytinqi: ‘b-‘ (RWN-ə keçirilib)
- Dəstəklənmə reytinqi: ‘5’ səviyyəsində təsdiq edilib
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub
AGBank
- Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘CCC’ səviyyəsindədir, RWN-nə keçirilib
- Reytinq üzrə proqnoz: Proqnoz neqativ görünür
- Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B’ səviyyəsindən RWN-nə endirilib
- Dayanaqlıq reytinqi: ‘b-‘ səviyyəsindən RWN-nə keçirilib
- Dəstəklənmə reytinqi: ‘5’səviyyəsində təsdiq edilib
- Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub
Moody’s tərəfindən verilən reytinqlər
Xalq Bank (Moody’s İnvestors Service)
- Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) b3-də təsdiq olunub
- Uzunmüddətli milli və xarici valyutada əmanət reytinqi B2-də təsdiq olunub
- Qısamüddətli milli və xarici valyutada əmanət reytinqi NP (Not Prime) səviyyəsində təsdiq edilib
- Uzunmüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi B1-də təsdiq edilib
- Qısamüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi NP-də təsdiq olunub
- Proqnoz Stabildən neqativə dəyişdirilib
Bank of Baku (Moody’s İnvestors Service)
- Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) b1-dən b3-ə endirilib
- Uzunmüddətli milli və xarici valyutada əmanət reytinqi B1-dən B3-ə endirilib
- Qısamüddətli milli və xarici valyutada əmanət reytinqi NP (Not Prime) səviyyəsində təsdiq edilib
- Uzunmüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi B2-dən Ba3-ə salınıb
- Qısamüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi NP-də təsdiq olunub
- Proqnoz neqativ qalmaqdadır
Bank Respublika (Moody’s İnvestors Service)
- Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) b2-də təsdiq olunub
- Uzunmüddətli milli və xarici valyutada əmanət reytinqi B2-də təsdiq olunub
- Qısamüddətli milli və xarici valyutada əmanət reytinqi NP (Not Prime) səviyyəsində təsdiq edilib
- Uzunmüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi B1 səviyyəsində təsdiq olunub
- Qısamüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi NP-də təsdiq olunub
- Proqnoz Stabildən neqativə dəyişdirilib
Bank VTB Azərbaycan (Moody’s İnvestors Service)
- Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) b2/b1 səviyyəsindən caa1/b2-ə endirilib
- Uzunmüddətli milli və xarici valyutada əmanət reytinqi B2-dən B1-ə endirilib
- Qısamüddətli milli və xarici valyutada əmanət reytinqi NP (Not Prime) səviyyəsində təsdiq edilib
- Uzunmüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi Ba3-dən B1 -ə endirilib
- Qısamüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi NP-də təsdiq olunub
- Proqnoz neqativ qalmaqdadır
Kapital Bank (Moody’s İnvestors Service)
- Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) b1-də təsdiq olunub
- Uzunmüddətli milli və xarici valyutada əmanət reytinqi Ba3-də təsdiq olunub
- Qısamüddətli milli və xarici valyutada əmanət reytinqi NP (Not Prime) səviyyəsində təsdiq edilib
- Uzunmüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi Ba2-də təsdiq edilib
- Qısamüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi NP-də təsdiq olunub
- Proqnoz Stabildən neqativə dəyişdirilib
Unibank (Moody’s İnvestors Service)
- Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) b2-dən b3-ə endirilib
- Uzunmüddətli milli və xarici valyutada əmanət reytinqi B2-dən B3-ə salınıb
- Qısamüddətli milli və xarici valyutada əmanət reytinqi NP (Not Prime) səviyyəsində təsdiq edilib
- Uzunmüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi B1-dən B2-yə salınıb
- Qısamüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi NP-də təsdiq olunub
- Proqnoz Stabildən neqativə dəyişdirilib
Reytinqlərin açıqlaması ilə aşağıda tanış ola bilərsiniz