PALATA 2018-Cİ İLİN İYUN AYININ BANK GÖSTƏRİCİLƏRİNİ AÇIQLAYIB.
2018 iyun ayında banklarımızın aktivləri 432 mln manat artıb, belə ki keçən ay 27 mlrd 559 mln manat olan aktivlər bu ay 27 mlrd 991 mln manat olub. Öhdəlikləri isə 23 mlrd 630 mln manatdan 24 mlrd 87 mln manata yüksələrək 457 mln manat artım əldə edib.
KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB.
Kredit portfeli 9 mlrd 910 mln manatdan 10 mlrd 70 mln manata yüksələrək 160 mln manat, depzit portfeli isə 16 mlrd 821 mln manatdan, 17 mlrd 253 mln manata yüksələrək 432 mln manat artıb.
BANKLARIN KAPİTALI AZALIB.
Banklarımızın balans kapitalı 3 mlrd 929 mln manatdan, 3 mlrd 904 mln manata düşüb.