Banklarımızda əmanət müddətinin uzadılması şərtləri necədir? | Banco.az

Banklarımızda əmanət müddətinin uzadılması şərtləri necədir?

Əmanətləri vaxtından əvvəl götürməklə yanaşı onların müddətini uzatmaq da mümkündür. Bəzi banklarımızda əmanət müddətinin uzadılması avtomatik olaraq həyata keçirilir. Lakin müəyyən tələblər qoyan, banklar da mövcuddur.

Bəs əmanət müddətinin uzadılması necə baş verir?

Bank BTB-Müddətli əmanət-Müddətin uzadılması-Cari faiz dərəcəsi ilə

Access Bank- Müddətli əmanət-Müqavilənin avtomatik surətdə uzadılması mümkündür

Unibank-Müddətli əmanət-Depozit müqaviləsinin müddəti bitdikdən sonra onu avtomatik olaraq uzatmaq mümkündür.

AtaBank- Universal əmanət-Hesaba əlavə vəsaitin qoyulmasına icazə verilmir. Müştəri əlavə vəsait qoymaq istədikdə, ona yeni əmanət hesabı açılmalıdır.

Dəmir Bank-Göy əmanəti-Müqavilənin uzadılması -Əgər müqavilə müddəti bitdikdə əmanət çıxarılmayıbsa əmanət müqavilədə göstərilən müddətə avtomatik uzadılır və bu halda uzadılma günündə Bankda mövcud faiz dərəcələri tətbiq edilir.

Ən sərfəli kredit üçün müraciət et

Express Bank-Klassik əmanət- İllik 12% dərəcəsinə qədər və 30 000 manatadək (və ya ona ekvivalent digər valyutada)  yerləşdirilmiş əmanətlər Azərbaycan Əmanətçilərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Ətraflı: www.adif.az

Bank of Baku- Dinamik əmanət-Əmanət müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə faizlərin aylıq ödənilməsi şərtilə eyni müddətə uzadılır. Analoji məhsul olmadıqda, faiz dərəcələri Bankın xidmət tarifləri və şərtləri ilə tənzimlənir

Bank Technique-Standart əmanət-Depozitin avtomatik prolonqasiyası (təkrar uzadılması) və Depozitin üçüncü şəxsin xeyrinə açılması mümkündür.

Beynəlxalq Bank- Klassik əmanət-21.04.2015-ci il tarixindən əvvəl bağlanmış,  faizlərin ödənilməsi müddətin sonunda nəzərdə əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir.

Kapital Bank- Kapital Depoziti-Əmanət müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə Bankın birtərəfli qaydada müəyyən etdiyi şərtlərlə uzadılır. (hesablanmış faizlər əmanət məbləğinin üzərinə əlavə olunmur).

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et