Banklarımız və onların loqoları - İNFOQRAFİKA | Banco.az

Banklarımız və onların loqoları - İNFOQRAFİKA

Loqo bir şirkət üçün olduqca önəmlidir. Çünki loqo sizə həmin şirkətin ağıllarda qalmasına səbəb olur. Loqonun hazırlanmasında isə rənglərin seçimi bir digər önəmli məsələlərdəndir. Yaxşı seçilmiş rəng şirkətin fəaliyyət sferası, eləcə də onun hədəf kütləsinə çatdırmaq istədiyi mesajı düzgün əks etdirməlidir. 

Banco.az ökəmizdəki bankların loqolarını və onların rəng seçimlərini araşdırmışdır. Məlum olmuşdur ki, banklarımızın 50%-də loqoların rənglərində üstünlük göy və onun tonlarına verilmişdir. Ən az istifadə olunan rəng isə bənövşəyidir.  

Oxucularımız arasında Facebook sosial şəbəsində apardığımız "Hansı bankın rənglərini daha çox sevirsiniz?" adlı sorğudan məlum olmuşdur ki, insanlar narıncı, mavi və qırmızı rənglərə daha üstünlük verirlər. Nəticədə "Unibank" 29, "AccessBank" 14, "Kapital Bank" isə 11 səslə ilk üçlükdə yerlərini saxlayıblar. 

Sorğuda iştirak etmək üçün buraya daxil ola bilərsiniz. 

Loqoların rəngləri şirkətlər haqqında hansı informasiyanı verir?

Bizi Facebook səhifəmizdən də izləyə bilərsiniz.