Banklarımız saytlarını hansı şirkətlərə etibar edir? | Banco.az

Banklarımız saytlarını hansı şirkətlərə etibar edir?

Son iki il ərzində müxtəlif bankların öz saytlarını yenilədiyini və ya ən azından dizayn dəyişikliyi etdiyinin şahidi oluruq.

Son dövrlərdə müştərilərin internet fəallığının yüksəlməsi və onların bir çox məlumatları məhz bankların saytından alması, artıq sayların əhəmiyyətini artırır və banklaırn rəsmi veb səhifələri həm məzmunlu, həm fnksional, həm gözoxşayan olmalıdır ki, müştəri axtardığı informasiyanı rahat tapsın. Saytdan istifadə ona çətinlik törətməsin. Həmçinin verilən informasiyanın dolğunluğu və həqiqətə uyğunluğu da əsas şərtdir.

Bəs, banklarımız saytın dizaynı kimi vacib bir işi hansı dizayn studiyalarına həvalə edirlər?. Banco.az bu suala cavab vermək üçün kiçik bir araşdırma həyata keçirmişdir.

Araşdırma göstərir ki, banklarımızın korporativ saytları üçün ən çox müraciət etdikləri ünvan Jeyhun İmanov Studiodur.

Hazırda XalqBankın, Kapital Bankın, Bank of Bakunun yenilənmiş veb-saytları məhz bu dizayn şirkətinin məhsullarıdır.

Həmçinin Bank of Baku-nun Bolkart taksit kartının saytı, İpad və İphone üçün  tətbiqləri də bu studiyada hazırlanıb.

Bundan əlavə Unibank, Amrahbank, MuğanBank, RabitəBank və Bank Respublikanın korporativ saytları da JİS-də hazırlanıb.  Amma düşünürəm ki, onların da artıq yenilənmə vaxtı çatıb.

Bank VTB –nin saytı Articul Media tərəfindən, Turan Bankın korporativ saytı isə Creative Shamans şirkəti tərəfindən hazırlanıb. 

Albalı saytının bundan öncəki versiyası Totem, Albalı Plus-un yeni versiyası isə GoCreative tərəfindən hazırlanıb.

Bir çox bank isə öz korporativ saytının hazırlanmasını Meqa.az-a həvalə edibmiş. Bu sırada AG Bank, Bank Avrasiya, Gəncə Bank, AG Club-n saytlarını qeyd etmək olar. Turan Bank və Kapital Bankın keçmiş korporativ saytları da bu şirkətdə hazırlanıbmış.

Paşa Bank, Bank Silk Way, Günay Bankın saytları Media Design şirkəti tərəfindən yığılıb.

Safaroff isə AccessBank, ExpressBank və Elkartın (Beynəlxalq Bankın taksit kartı) saytlarını hazırlayıb.

Bank Technique, Nikoil Bank və Naxçıvan Bankın saytları dizayner İlham Kazımov tərəfindən hazırlanıb.

AtaBankın saytı Yelload şirkəti tərəfindən hazırlanıb, həmçinin bankın öz İT mütəxəssisi də dizayn üzərində işləyib. Həmçinin AtaCard layihəsinin websaytı da Yellowad tərəfindən hazılanıb.

KapitalBonus layihəsinin saytı isə – Totem, Kapital Kartın saytının dizaynı Genna tərəfindən, proqram təminatı isə Prosper agentliyi tərəfindən hazırlanıb.

Parabankın saytı bankın öz əməkdaşları tərəfindən hazırlanıb və hazırda yeni sayt üzərində işlər gedir. 

Bank BTB-nin saytının dizayn təminatı isə Rahimoffstudiyası tərəfindən hazırlanıb. Araşdırmaya başlayarkən, bu qədər dizayn şirkətinin olacağını düzü gözləmirdim.

Siz Şirkətlərin loqosu üzərinə klik etməklə onların fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün saytlara baş çəkə bilərsiniz. 

N Banklar Dizaynın müəllifi Sayt
1

Baxmaq

2

Baxmaq

3

Baxmaq
4

Baxmaq

5

Baxmaq

6

Baxmaq

7

Baxmaq

8

Baxmaq

9

Baxmaq

10

Baxmaq

11

Baxmaq

12

Baxmaq

13

Baxmaq

14

Baxmaq

15

Baxmaq

16

Baxmaq

17

Baxmaq

18

Baxmaq

19

Baxmaq

20

Baxmaq

21

Baxmaq

22

Baxmaq

23

XOTESE.COM

Baxmaq

24

Baxmaq

25

Baxmaq

26

Baxmaq

27

Baxmaq

28

Baxmaq

29

Baxmaq

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et