BANK SEKTORUNUN 31 İYUL 2017-Cİ İL TARİXİNƏ İCMAL GÖSTƏRİCİLƏRİ ACIQLANIB.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Banco.az-a verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 iyul 2017-ci il tarixinə xalis mənfəəti 216.8 milyon manat olub. Belə ki, vergilər ödənilənədək mənfəət 236.1 milyon manat, mənfəətdən vergilər 19.3 milyon manat təşkil edib.
Qeyd edək ki, ötən ilin son hesabatlarına əsasən bank sektoru zərərdə idi və sektorun xalis zərəri 1,668 milyard manat təşkil edirdi. Göstəricilərə əsasən banklar zərərdən mənfəətə keçə bilib.
30 iyun 2017-ci il hesabatlarında isə bank sektorunun xalis mənfəəti 84.9 milyon manat olub. Bu isə onu göstərir ki, banklar 1 ayda mənfəətini 2,6 dəfə artırıblar.