Banklarımız manatla kredit vermək istəmir | Banco.az

Banklarımız manatla kredit vermək istəmir

Nikoilbankda Kredit verilməsinin xüsusi hallarında ikinci şəxsin zaminliyi tələb oluna bilər. 

Express Bank Kreditin şərtləri:

Ərizəçiyə və onun zamininə qarşı tələblər:

  • Ərizəçi və onun zamini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
  • Ərizəçi və onun zamini ölkə ərazisində fəaliyyət göstərən dövlət və ya sabit maliyyə durumuna malik olan özəl müəssisə və təşkilatların əməkdaşı olmalıdır.
  • Ərizəçinin və onun zamininin son iş yerində əmək stajı 6 ay olmalıdır.
  • Ərizəçinin və onun zamininin yaşı minimum 20, maksimum 65 olmalıdır.

Kapital Bank

  • Kredit Kapital Bankdan maaş və pensiya kartı olan şəxslərə verilir
  • Yaş həddi 18-70-dir
  • Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçülər üçün isə belə bir tələb yoxdur
  • Xüsusi hallarda zamin tələb edilə bilər
  • Digər banklarda krediti olanlara da kredit verilə bilər
  • Hərbçilərə kreditlər yalnız zaminliklə verilir

NBC Bankda hazırda yalnız ABŞ dolları ilə kredit ayrılır.Təminat bank hesablarındakı vəsait olarsa, kreditin məbləği həmin vəsaitin 90%-dək verilə bilər.

Dəmir Bank, Bank VTB və Azər-Türk Bankda hazırda müvəqqəti olaraq kreditlər USD ilə təklif olunur. Azər-Türk Bankda digər bank əməkdaşlarına "Həmkarım" krediti, Bankın korporativ müştərilərinin əməkdaşlarına "Korporativ" krediti, bununla yanaşı "Avtomobil" krediti, Kredit kartı, əmanət qarşılığında kredit də müştərilərə təklif olunur.

Turan Bankda hal hazırda Kiçik həcmli istehlak kreditləri şərtləri əsasında, Dövlət müəssisələrində və dayanıqlı özəl sektorda çalışanlar müraciət edə bilərlər, gəlirlər haqda sənəd əsasında. Kreditin maksimum məbləği - 10 000 USD Kreditin maksimum müddəti - 36 ay Kredit üzrə illik faiz dərəcəsi üddət 12 ayadək olduqda - 23%; Müddət 18 ayadək olduqda - 25%; Müddət 24 ayadək olduqda - 27%; Müddət 36 ayadək olduqda - 29% Kreditin təminatı 2500 USD-dək zaminsiz; 2501-4500 USD-dək 1 fiziki şəxsin zaminliyi; 4501-10 000 USD-dək 2 fiziki şəxsin zaminliyi. F.İ.F.D. 31.03%-dən başlayaraq Ərizəçinin və zaminin iş yeri Кreditlər yalnız dövlət müəssisə və təşkilatlarında, habelə özəl sektorda yüksək reytinqli müəssisə və təşkilatlarda çalışan fiziki şəxslərə verilə bilər.

Hal-hazırda Muğanbankda Təqaüdçü krediti verilir.

Bank Techniquedə hal-hazırda milli valyutada kredit verilmir.

Əmək haqqını ABB-dan alan müştərilər kredit məbləği əldə edə bilər, kreditlər milli valyutada( manatla) verilir.Təminat:

  • Əmək haqqının üç mislindən və 7.000 manatdan yuxarı kreditlər üçün zamin tələb olunur
  • Zaminin əmək haqqısı və ya pensiyası aylıq annuitet ödənişin 150 faizini təşkil etməlidir
  • Fərdi qaydada kredit məbləğindən asılı olmayaraq zaminlik tələb oluna bilər

ABB-dən krediti aşağıdakı şəxslər ala bilər:

  • Əmək haqqını ABB tərəfindən buraxılmış "Əmək haqqı" kartları vasitəsilə alan şəxslər.
  • Hazırda işlədikləri müəssisələrdə iş stajı ən azı 6 ay olan əməkdaşlar.
  • Yaşı minimum 20, maksimum - kredit öhdəliyinin sonuncu ödəniş tarixinə 65 yaşı olanlar.

Rabitəbank nağd kreditlər  hal hazırda yalnız Dollar valyutasında ayrılır. İllik faiz dərəcəsi müştərinin aldığı nett əmək haqqı və çalışdığı sektordan asılı olaraq 19-28% aralığında dəyişir. Əgər götürülən məbləğ 3000 USD-dən çox olsa, 1 nəfər zamin tələb olunur. Manatla əmanət sahibi olan müştərilər əmanətlərinin 50%-dək Manat valyutasında nağd kredit götürə bilərlər. Bu halda kreditin illik faix dərəcəsi əmanətin illik faix dərəcəsi + 7% təşkil edəcək. Dollar valyutasında götürdükdə isə, kreditin illik faix dərəcəsi əmanətin illik faix dərəcəsi + 4% təşkil edəcək.

Bank Respublikada Hazırda nağd istehlak kreditləri yalnız qızıl-zinyət əşyasının,daşınmaz əmlak girovu əsasında və ya Bank Respublika tərəfindən ayrılmış kart vasitəsilə ,həmçinin Bank Respublikada əmanət yerləşdirərək onun 90%-i həcmində verilə bilər.Kreditlər manat və dollar,kart vasitəsilə və ya əmanət əsasında verildikdə əlavə olaraq avro valyutasında da verilə bilər.

Bank Standard vətəndaşlara "Aldım" istehlak kreditini təklif edir. 

Bankın adı

Məbləğ

Müddət

Faiz

FİFD

Azərbaycan Beynəlxalq Bankı

15 000 manatadək

60 ayadək

36 ayadək - 22%,

37 – 60 ayadək – 23%

 

22.20%-dən başlayaraq

Bank Respublika
(Lombard) girovu ilə

200 - 15 000 AZN

 36 ay

USD ilə - (komissiya + faiz dərəcəsi) 34%

AZN ilə - 33 % (komissiya haqqı daxil olmadan)

 

Bank Respublika
Daşınmaz əmlakın girovu ilə

30 000 manatadək

36 ay

27% USD ilə; 29% AZN ilə

 

Bank of Baku 

Ailə Krediti

20000 AZN

12-48 ay

 22 - 31%

22.00%-39.9%

Yeni müştərilər üçün

250 AZN - 1000 AZN

6-12 ay

28%- 32%

48.94%  -50.72%

Təkrar müştərilər üçün

5000 AZN-ə qədər

6-24 ay

28 - 30%

22.00%- max. 48.66%

Unibank

500-10 000 USD

36 aya qədər

19 %- 36 %

min. 22.48 %-  maks. 43.36 %

Express Bank

500 – 5 000 AZN / USD

12 – 24 ay

 

AZN – maksimum 31%, USD – maksimum 22%

 

27.45% - 37.92%

Yapı Kredi Bank Azerbaijan

300 - 10,000 AZN

6 - 36 ay

24%

28.75% -40.95%

Kapital Bank

300-10 000 AZN

6 - 36 ay

24%-dən başlayaraq

30.35 %-dən başlayaraq

RabitəBank

5 000 manatadək

3-24 ay

26%-28%

32%-34%

NBC Bank

20 000 AZN-ə qədər girovsuz;

500 000 AZN-ə qədər daşınar və daşınmaz girovla;

 

60 aya qədər

Depozit %+3% (nəğd vəsaitlə təmin olunmuş kreditlər üçün);

21%-28% - digər verilən kreditlər üçün

 

12 aylıq kredit üzrə FİFD -min 26,95% - max 34,05%

Ən sərfəli kredit üçün müraciət et

 

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et