Banklarımız ipoteka krediti verilməsini genişləndirib | Banco.az

Banklarımız ipoteka krediti verilməsini genişləndirib

Banco.az Mərkəzi Bankın hesabatlarına əsasən məlumat verir ki, cari ilin mart ayında banklarımız tərəfindən 20,7 mln manat ipoteka krediti verilib. Bu isə fevral ayı ilə müqayisədə 47.86 % çoxdur. Dövlət büdcəsindən ayrılmış ipoteka kreditləri isə 1 ayda 31.58% azalaraq 2.6 mln manat təşkil edib.

AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri  isə aprelin1-nə olan vəziyyətə görə 8.1mln-dan 15.4 mln-a yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Son 1 ildə verilmiş kreditlərin orta məbləği 1,6% artaraq 403061 manat, kreditlərin orta illik faiz dərəcəsi 0,1% azalaraq 6,76%, kreditlərə görə aylıq ödəniş məbləği isə 22,2 manat azalaraq 297,2 manat təşkil edib. Kreditlərin orta müddəti isə 1 ay artaraq 279 ay olub.

Ən sərfəli krediti almaq üçün müraciət et