Banklarımız cəmi kapitalını 40% artırıb! | Banco.az

Banklarımız cəmi kapitalını 40% artırıb!

Banco.az, Maliyyə bazarlarına nəzarət palatasının göstəricilərinə əsasən xəbər verir ki, may ayı ərzində banklarımızın cəmi kapitalı 3 mlrd 929 mln manat olmuşdur ki, bu da keçən ilin eyni ayı ilə müqayisədəki göstəricisindən 40% çoxdur. Belə ki, keçən il bu göstərici 2 mlrd 759 mln manat olub.  Aktivlərinə gəldikdə 2018-ci ilin may ayında bu göstərici 27 mlrd 559 mln  manat olub, bu isə keçən ilin may ayı ilə müqayisədə 8% azlıq təşkil edir (keçən ilin may ayında bu göstərici 30 mlrd 101 mln manatdır), 2018-ci ilin may ayında banklarımızın cəmi öhdəlikləri 23 mlrd 630 mln manat olsa da , bu isə 2017-ci ilin may ayı ilə müqayisədə 14% azdır (keçən ilin may ayında bu göstərici 27 mlrd 342 mln manatdır). 

Ən sərfəli kredit üçün müraciət et