Bankları yaxın gələcəkdə çətin günlər gözlüyür | Banco.az

Bankları yaxın gələcəkdə çətin günlər gözlüyür

Beynəlxalq kredit reytinqi agentliyi Moody's, Azərbaycanın bank sisteminin yaxın gələcəkdə çətin günlər keçirəcəyini proqnozlaşdırır.

Agentlik Azərbaycanın bank sistemi üzrə hesabatını təqdim edib. Moody's hesab edir ki, Azərbaycan banklarının aktivlərinin keyfiyyəti pisləşəcək.

"Çünki borclananların əksəriyyətinin valyuta gəlirləri kifayət qədər böyük deyil. Yüksək inflyasiya və istehlakçıların alıcılıq qabiliyyətinin azalması kreditləşmənin artım tempini  zəiflədəcək. Pis gedişat, problemli kreditlərin kredit qoyuluşlarında xüsusi çəkisinin 15%-ədək artmasına öz töhfəsini verəcəkdir", - Moody's-un analitiki və hesabatın müəllifi Mariya Malyukova bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Moody's-un hesabatında qeyd edib ki, Azərbaycanda əmanətçi inamı zəyifləyib.

“Əməliyyat mühitinin çətinləşməsi bankların gəlirlərinə və kapitallşamasına mənfi təsir göstərəcək”,- hesabatda qeyd olunur.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et