Banklardan səhiyyə işçilərinə özəl KAMPANİYALAR | Banco.az

Banklardan səhiyyə işçilərinə özəl KAMPANİYALAR

17 iyun Səhiyyə İşçilərinin Peşə Bayramı Günüdür. Bu münasibətlə tibb işçilərini təbrik edən bir sıra diqqətcil banklar onlar üçün xüsusi kampaniyaya start veriblər. Kampaniya ilə əlaqədar səhiyyə işçilərinə bir sıra güzəşt və imtiyazlar təklif olunur. 

Bütün tibb işçilərini bu fürsətlərdən yararlanmağa çağırırıq!

 

Beynəlxalq Bank - “İllərdir birlikdəyik!”

Ölkəmizdəki əksər səhiyyə işçilərinin bankı olan Azərbaycan Beynəlxalq Bankı 17 iyun Səhiyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə onlar üçün “İllərdir birlikdəyik!” şüarı altında özəl kampaniyaya başlayır. Əmək haqlarını bu bankın kartları ilə alan səhiyyə işçiləri keçirilən kampaniya çərçivəsində indi manatla nağd pul kreditini daha sərfəli şərtlərlə əldə edə bilərlər.  Kampaniya 30 iyun tarixinədək keçərlidir.

Daha ətraflı məlumatı linkə daxil olaraq əldə edə bilərsiniz.

 

Bank of Baku - Tibb işçilərinə ürəklərini döyündürəcək üçlü kampaniyaya

 

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə, Bank of Baku onların ürəklərini döyündürəcək 3 fərqli kampaniyaya start verir.

Ən sərfəli kredit üçün müraciət et

10-25 iyun 2017-ci il tarixləri arasında keçirilən aşağıdakı kampaniyalardan həm tibb sahəsində, həm də vəzifəsindən asılı olmayaraq səhiyyə müəssisələrində çalışan hər bir şəxs faydalana bilər.

Kampaniya 1. Nağd pul kreditlərinə 3% ENDİRİM!

Kampaniya 2. Bolkart kredit və debet kartlarına 50% ENDİRİM!

Kampaniya 3. Bolkartla kampaniya dövründə alış-veriş etmiş 31 şəxsə toplam 1000 BAL HƏDİYYƏ!

Daha ətraflı məlumatı linkə daxil olaraq əldə edə bilərsiniz.

 

Unibankdan tibb işçilərinə bayram hədiyyəsi

Unibank bütün tibb işçilərini 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbrik edir və bayramla əlaqədar səhiyyə sektorunda çalışanlar üçün  0% komissiyalı nağd kredit kampaniyası keçirir. 12- 16 iyun tarixlərində Unibank filiallarına müraciət edən tibb işçiləri, 15000 AZN-dək  krediti 36 ayadək müddətə komissiyasız rəsmiləşdirə biləcəklər. 

Unibankdan nağd kredit götürməyin sizə hansı üstünlükləri verdiyini b ilmək istəyirsinizsə linkə daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz.