Banklardan əmanətlərin kütləvi çıxarılması davam edir | Banco.az

Banklardan əmanətlərin kütləvi çıxarılması davam edir

Banco.az saytı Mərkəzi Banka istinadən məlumat verir ki, 1 iyun tarixinə  görə əhalinin banklardakı əmanətinin miqdarı 7717.2 mln manat olub. Bu isə ötən aydakı göstəricidən 1% azdır. 

Keçən ilin müvafiq dövründə isə, əhalinin bankdakı əmanətlərinin həcmi 6569.9 mln manata bərabər olub. 

Mərkəzi Bankın rəsmi məlumatına görə aprel ayı ərzində əhali banklardan külli məbləğdə - 64 milyon manatdan artıq əmanət çıxarıb. Xatırladaq ki, mart ayı ərzində 151 milyon manatdan çox əmanət çıxarılmışdı.