Avropa Oyunları ilə bağlı banklar iş rejimini dəyişir.
ANS TV-nin məlumatına görə, İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bank sektoru mayın 1-dən iyulun 1-nə kimi xüsusi iş rejiminə keçəcək. Adi iş günlərindən fərqli olaraq işə daha tez başlayıb, iş gününü tez yekunlaşdıracaqlar. Əksər banklar işə 8:00-dan başlayıb, saat 17:00-da ofisləri bağlayacaqlar. Amma filial və şöbələrdən asılı olaraq bu rejim fərqlənir. Bu addımın məqsədi paytaxt yollarında yarana biləcək tıxacın qarşısını almaqdır. Banklar əmin edirlər ki, iş rejiminin dəyişməsi müştərilərin narahatlığına səbəb olmayacaq.
Bankın departament rəhbəri Tural Vəliyev deyir ki, sırf iş qrafiki dəyişəcək, proseslər və prosedurlar dəyişməz olaraq qalacaq. Müştərilər saat 8:00-dan 17:00-a kimi istənilən banka, filiallarını yaxınlaşa biləcəklər. Nahar fasiləsi olmayacaq. Müştərilərə tam rahat, istədikləri vaxt ərzində iş vaxtı ərzində insanlara xidmət göstərə biləcək. Əsas səbəb müştərilərin bank xidmətlərindən istifadə etməsidir, ödənişlərini həyata keçirtməsidir.
Xatırladaq ki, bir müddət əvvəl Nazirlər Kabineti dövlət qurumlarında iş rejimini dəyişmək barədə qərar verib. Bu tövsiyyə banklara da şamil olunub. Birinci Avropa Oyunları bitdikdən sonra banklar adi iş rejiminə qayıdacaq.