Banklarda SMS məlumatlandırma xidməti neçəyədir? | Banco.az

Banklarda SMS məlumatlandırma xidməti neçəyədir?

“SMS Notifications” – SMS xəbərdarlıq kart sahibinin onun kartı ilə aparılan bütün əməliyyatları haqqında dərhal SMS vasitəsi ilə xəbərdarlıq etmək deməkdir.

“SMS Notifications” xidmətindən istifadə edərək kart sahibi mobil telefonuna kartı üzrə mədaxil və məxaric əməliyyatları üzrə sms xəbərdarlıq alır. Bununla yanaşı kart sahibi kart hesabının qalığı haqqında məlumat əldə edir ki, bu da şəxsi xərclərin idarə edilməsində yardımçı olur. Xidmət həmçinin maaş kart sahibləri üçün faydalıdır. Onlar hesaba maaş hesablanan zaman ani olaraq telefona xəbərdarlıq alır.

Bu xidmətə qoşulmaq üçün bəzi banklar xidmət haqları tutsalar da, digərləri pulsuz olaraq təqdim edirlər. Siz xidmətə qoşulmaqla nəinki rahat məlumatlandırma sisteminə malik olacaqsınız, həm də hesabın təhlükəsizliyini təmin etmiş olacaqsınız.

Aşağıdakı cədvəldə mövcud xidmət üzrə bankların xidmət haqları qeyd olunmuşdur.

Bankın adı

Xidmət haqqı

AccessBank

Aylıq 50 qəp, illik 5 AZN

ASB Bank

Ödənişsizdir

Bank Standard

Ödənişsizdir

AtaBank

Aylıq 1,20 AZN

Azər Türk Bank

1 sms 10 qəpik (0.10 AZN)

Dəmir Bank

İllik 9-12 AZN*

ABB

Aylıq 1.18AZN (pensiya kartları üçün 0.10AZN)

Bank BTB

Aylıq 2,00 AZN

AtraBank

Aylıq 2,00 AZN

Bank Respublika

Aylıq  0.99 AZN 

Bank of Baku

5 AZN (Birdəfəlik)

AFB Bank

Aylıq 1,50 AZN

AG Bank

Aylıq 1,18 AZN

Amrah Bank

Ödənişsizdir

Deka Bank

Aylıq 1,50 AZN

ExpressBank

İllik 6, 00 AZN**

Kapital Bank

1 sms  üçün 0,10 qəpik

Qafqaz İnkişaf Bankı

1.18 AZN (aylıq)

Nikoil Bank

Aylıq 1.20 AZN

Muğan Bank

Aylıq 3 AZN***

NBC Bank

1 illik 20 AZN

Rabitə Bank

Aylıq ı 1.7 AZN; 2.2 USD; 1.5 EUR

Para Bank

Ödənişsizdir

Paşa Bank

Aylıq 1, 5 AZN

Unibank

Ödənişsizdir

Yapı  Kredi Bank Azərbaycan

Standart paket-  Aylıq 1 AZN  Sadə paket - 0,5 AZN

Bank VTB

Aylıq 2 AZN (Depozit kartlar üçün pulsuz

Xalq Bank

Aylıq 2 AZN

Zamin Bank

İllik 25 AZN

TuranBank

illik 12 AZN

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank- Xidmətə qoşulmaq üçün filiala müraciət etdikdə ödəniş 1 il üçün 9 AZN, bankomat vasitəsilə qoşulduqda isə 1 il üçün 12 AZN təşkil edir. Bankomat vasitəsilə müştəri bu xidmətə maksimum 12 ay olmaqla 1 ay üçün 1 AZN hesabı ilə qoşula bilər.

ExpressBank - VISA/MasterCard Gold və VISA/MasterCard Platinum üçün pulsuzdur.

MuğanBank - Visa Platinum və MasterCard Platinum kartları üçün pulsuzdur.

Bank Respublika - "Visa İnfitinite" və Paykart kredit kartları üzrə sms məlumatlandırma pulsuzdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et