Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi həcmi 2017-ci il iyunun 1-nə 1 739,8 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, əvvəlki ayla müqayisədə 145,8 mln. manat və yaxud 9,15% çoxdur.
Son bir ildə isə vaxtı keçmiş kreditlər 225,6 mln. manat və yaxud 14,90% artıb.
Qeyd edək ki, bu il iyunun 1-nə problemli kreditlər ümumi kredit portfelinin 11,76%-ni təşkil edib. Bu nisbət əvvəlki ayda 10,32%, 2016-ci ilin analoji dövründə isə 8,32% olub.
Mənbə: Report.az