Banklarda nə qədər işçi çalışır? | Banco.az

Banklarda nə qədər işçi çalışır?

Bank sektoru iqtisadiyyatda xüsusi çəkiyə malikdir.Məlum olduğu kimi, son dövrlər ərzində manatın iki dəfə xarici valyutalar qarşısında dəyər itirməsi, yəni devalivasiya baş verməsi nəticəsində banklarda problemli kreditlərin həcmi artdı və bankların əsas gəlir mənbəyi hesab edilən kredit vermədə azalma baş verdi. Bütün bunların nəticəsi olaraq isə, bəzi banklar fəaliyyətlərini dayandırmağa, bəziləri birləşmə haqqında düşünməyə və bir çoxu isə kiçilmə siyasəti həyata keçirməyə başladı. Nəticədə banklarda çalışan işçi sayında ciddi azala baş verdi.

Devalivasiyalardan öncə 45 yaxın bank olsa da hal-hazırda bu say 30 a enmişdir.

İş yerlərinin azalması nəticəsində banklarda çalışan işxtisaslı kadrlar öz işlərini itirsələr də, statistik məlumatlara nəzər salanda görünür ki, ötən illərə görə banklarda çalışan işçi sayında artım baş vermişdir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi statistik məlumatlara əssən son 3 ildə banklar və onların bəzi əsas göstəricilərinə nəzər salaq:

Maliyyə bazarlarının iştirakçıları haqqında ümumi məlumat - Banklar

Göstəricilər

28.02.2019

31.01.2018

31.01.2017

Bankların sayı

30

30

32

Dövlət Bankları

2

2

2

Özəl Banklar

28

28

30

Xarici kapitallı banklar

15

15

16

nizamnamə kapitalının 50 % dən 100 % ə qədərini təşkil edən

8

8

7

nizamnamə kapitalının 50 %  ə qədərini təşkil edən

7

7

9

Bankların filiallarının sayı

509

511

569

Bankların şöbələrinin sayı

130

142

132

ATM-lərin sayı

2524

2439

2468

İşçilərin sayı

17683

16207

16928

Ən sərfəli kredit üçün müraciət et

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik məlumatlara nəzər saldıqda görünür ki, 2017 ci il ilə müqayisədə 28.02.2019 cu il tarixinə banklarımızda çalışan işçilərin sayı 755 nəfər artaraq 17683 nəfərə çatmışdır.

Nüsrət XƏLİLOV, banco.az