Banklarda əmanətlərin həcmi necə dəyişib? | Banco.az

Banklarda əmanətlərin həcmi necə dəyişib?

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

Bu ilin 10 ayı ərzində Azərbaycanda bankların əmanət portfeli cari ilin noyabrın 1-nə 2.4% (263.6 mln. manat) artaraq 11,256.6 milyon manat təşkil edib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, əmanət portfelinin 53.1%-i (5,974 mln. manat) müddətli əmanətlərdən ibarətdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et