Banklararası kreditlər bahalaşmaqda davam edir | Banco.az

Banklararası kreditlər bahalaşmaqda davam edir

Azərbaycanda banklararası kreditlər cari ilin fevral ayında bahalaşmağa davam edib. Martın 1-nə manatla kreditlər üzrə orta faiz dərəcəsi illik 13,37%, xarici valyuta ilə kreditlərdə isə 9,5% təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, manatla kreditlər aylıq müqayisədə 2,41 faiz bəndi, xarici valyutada isə 0,49 faiz bəndi bahalaşıb. Ən bahalı 30-90 günlük kreditlər olub. Manatla kreditlər üzrə orta faiz dərəcəsi illik 20,62%, xarici valyutada isə 17,18% təşkil edib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et