Azərbaycan Banklar Assosiasiyasının (ABA) Strateji Planında üzv banklarla birgə sosial yönlü layihələrin həyata keçirilməsi hədəf olaraq göstərilmişdir.
Bununla əlaqədar 23 fevral 2019-cu il tarixində bu istiqamətdə keçirilən növbəti tədbir "Banklararası Boulinq Çempionatı2019" turniri idi. Həmin turnir Gənclik Mall" Ticarət və Əyləncə Mərkəzinin 3-cü mərtəbəsində yerləşən "ONTOP" boulinq idman və əyləncə mərkəzində keçirilmişdir. Turnirin məqsədi bank əməkdaşlarının komanda işini asudə vaxtlarında da tətbiq etmək imkanı yaratmaq idi.
Turnirin nəticələrinə əsasən, 3-cü yerin qalibi Azərbaycan Beynəlxalq Bankı, 2-ci yer Muğanbank və 1-ci yerin qalibi isə NBCBank oldu. Qalibləri qələbə münasibəti ilə təbrik edirik.