Banklara verilən müddət başa çatır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Banklara verilən müddət başa çatır

Sahibkarlıq hesablarından nağdlaşdırma zamanı 1%-lik verginin tutulması fevralın 1-dən tətbiq edilməyə başlayacaq.

Artıq bununla bağlı banklardakı yeni sistemin tam hazır olduğu bildirilir.   

Xatırladaq ki, Vergi Məcəlləsində edilən son dəyişikliklərə əsasən, sahibkarlıq hesablarından vəsaitlərin nağdlaşdırılması zamanı 1% vergi ödənilməlidir.

Lakin banklar bu qərarın icrasına hazır olmadıqları üçün Vergilər Nazirliyi onlara 1 ay möhlət vermişdi. Artıq 2 gündən sonra bu yenilik tətbiq edilməyə başlanılacaq.

Bundan başqa, banklarda digər vergilərin ödənilməsi də mümkün olacaq:

Xidmətlərin ödənişi (+18%);

Pul kisələri ilə bağlı xidmətlər, vəsaitlərin göndərilməsi üzrə (+10%);

Mərc oyunları, lotereyalar və digər yarışlarla bağlı ödəniş (+18%, uduş üzrə 10%).

©Fins.az