Banklara qarşı yeni tələb | Banco.az

Banklara qarşı yeni tələb

Azərbaycanda bankdan kredit götürənlərə sığorta lazım olarsa, onlar bankın təklif etdiyi sığorta şirkətini deyil, istədikləri sığortaçını seçə biləcəklər. Məlumata görə, bu barədə Mərkəzi Bankın nümayəndəsi Nəbi Əliyev məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə Mərkəzi Bank əlaqəli satışı məhdudlaşdırmaq niyyətindədir. Bunun üçün həm qanunvericiliyə dəyişiklik olunacaq, həm də ayrıca metodoloji sənədlər hazırlanaraq ilin sonuna qədər banklara göndəriləcək.

Azərbaycan təcrübəsində banklar adətən öz müştərilərinə əməkdaşlıq etdikləri və yaxud eyni holdinqdə təmsil olunduqları sığorta şirkətlərinə yönəldirlər. Mərkəzi Bankın məlum qərarından sonra banklar yalnız müştərilərə sığortaçı ilə bağlı tövsiyyə verə biləcəklər. Bu addımın əsas məqsədi istehlakçı hüquqlarının qorunmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et