Banklara daha çox Dollarda əmanətlər yatırılıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Banklara daha çox Dollarda əmanətlər yatırılıb

2018-ci ilin dekabr ayında noyabr ayı ilə müqayisədə fiziki şəxslərin banklardakı əmanətləri (əhalinin əmanətləri) 301,9 milyon manat artaraq 8 milyard 375,4 milyon manata qalxıb.

XARİCİ VALYUTADA ƏMANƏTLƏR DAHA ÇOX ARTIB

Mərkəzi Bankın statistikasına görə, Dekabr ayında milli valyutada olan əmanətlər 119,8 milyon manat artaraq 3 milyard 142,2 milyon manata, xarici valyutadakı əmanətlər isə 182,1 milyon manat artaraq 5 milyard 233,2 milyon manata çatıb.

Dekabrın sonunda cəmi fiziki şəxslərin əmanətlərinin 37,5%-i milli valyutada, 62,5%-i xarici valyutada olub.   

marja