"Banklar zərbədən çıxa bilməyiblər" - Samir Əliyev | Banco.az

"Banklar zərbədən çıxa bilməyiblər" - Samir Əliyev

Ümumən götürəndə bank sektoru hazırda çox böyük stress altındadır.

İqtisadçı ekspert Samir Əliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanın maliyyə bazarındakı son durum, dünya iqtisadiyyatındakı böhranın, neft qiymətlərinin kəskin düşməsinin Azərbaycana təsirləri və gözlənilən risklərdən danışıb: 

Azərbaycanın maliyyə bazarı hazırda baş vermis devalvasiyanın fəsadlarına adaptasiya olunur. Bu azmış kimi qarşıdan da yeni bir devalvasiya gözləntiləri gəlir. Ona görə çox böyük bir çaxnaşma var.

Banklar, hansı ki maliyyə sisteminin əsasını təşkil edir, hələ ki, zərbədən çıxa bilməyiblər. Yəni, birinci devalvasiya çox böyük zərər vurub. Banklar milyonlarla itki verib, kredit qoyuluşunda çox böyük problemlər var (bir tərəfdən problemli kreditlər kəskin sürətdə artıb, digər tərəfdən kreditləşmədə çox böyük ləngimələr var). Problem həm də əmanət bazarını vurub, əmanət qoyuluşunda da kəskin azalmalar var. 

Ən sərfəli kredit üçün müraciət et

Ümumən götürəndə bank sektoru hazırda çox böyük stress altındadır.

Mərkəzi Bank iki bankın lisenziyasını geri alıb. Bir neçə bank bazarı tərk etməyə namizəddir. Mövcud bankların azı 30-40 faizi bu gün gərgin bir zərər altında işləyir. Banklar bu vəziyyətdən çıxmamış dünya bazarında baş verən hadisələr, yəni konkret olaraq neftin ucuzlaşması, Çin iqtisadiyyatında baş verən tənəzzül elementləri ona gətirib çıxarır ki, neft kəskin ucuzlaşır. Azərbaycanın əsas xarici ticarət tərəfdaşları olan Rusiya rublu ucuzlaşmağa başlayıb, Türkiyə lirəsi oxşar vəziyyətdədir. Azərbaycan iqtisadiyyatına yaxın olan Qazaxıstan devalvasiya etdi. Yəni, bütün bunlar bir tərəfdən Azərbaycanda birinci devalvasiyadan əvvəl baş verənləri xatırladır. Təxminən eyni proseslər baş verir ki, bu da insanlarda təbii olaraq narahatlıq yaradır.

Digər tərəfdən, Azərbaycanda bu gün ən böyük problem kapital axınıdır. Bu gün böyük miqdarda kapital ölkədən axır, böyük şirkətlər bağlanır, xarici şirkətklərin ölkəni tərk etməsi müşahidə edilir. Bunlar manatı təzyiq altında saxlayır. Hazırda bunun nəticəsidir ki, bazarda bir panika var. Çox təəssüf ki, müvafiq dövlət qurumları, başda Mərkəzi Bank olmaqla baş verən prosesalərlə bağlı ictimaiyyətə zəruri məlumatları vermir.

Ən sərfəli krediti almaq üçün müraciət et