Maliyyə sektorunda gördüyümüz yeniliklərin demək olar ki, hamısı banklardan gəlirdi. Lakin 2008-ci ildə baş verən iqtisadi böhran tam olaraq bu balansı geri çevirdi və FinTech'in təşəbbüsləri ortaya çıxdı. Banklar FinTech start-up'larını təhlükə olaraq görür və ya əməkdaşlıq etməlidirlər?
Tarixi olaraq baxıldığında banklar maliyyə sektorundakı bir çox innovasiyaya ev sahibliyi etdi. 1950-ci illərdə kredit kartları və 1970-ci illərdə ATM'lərin günlük həyatın bir parçası olmasıyla istehlakçıların məhsul və xidmətlər üçün etdiyi ödəmələrdə bir inqilab təsiri bağışladı. 2000-ci illərə gəldiyimizdə isə artıq fərqli bir hekayədən söz edirik. Ağıllı telefon istifadəsindəki artım, böyük məlumat, ictimai media və maliyyədəki yeni inqilab tələblərinin istehlakçı tərəfindən gələcəyini ortaya qoyurdu. Yəni, yeniliklər artıq banklarla məhdud deyildi və son istehlakçılar də öz maliyyə proseslərini idarə etməyə başladı. Rəqəmsal pulqabı və kriptovalyuta (crypto currency) kimi həllər artıq bankların deyil FinTech cəhdləri və şəxslərin əsəri idi. Bu cəhdlərin qurucuları əksəriyyətlə banklarının köhnə işçiləri idi və bazardakı boşluqları görərək bankların qarşısına çıxdılar. Fintech şirkətlərinin inkişafına, ilk növbədə, müştərilərin özləri, həmçinin bazara daxil olan milyonçular nəsli səbəb olur, onlar bütün əməliyyatları sürətlə, asanlıqla və smartfonları vasitəsilə həyata keçirtmək istəyirlər. Araşdırmalar göstərir ki, müasir istehlakçılar xüsusilə ödənişlər, depozit və kreditlər sahəsində tamamilə online rejimdə olan xidmətlərdən istifadə etməyə meyillidirlər, onların yarısı isə artıq maliyyə xidmətləri üzrə provayderini daha “virtual” ilə əvəzləməyə hazırdır.
Fintech Circle CEO-su Susanne Chisti bank və start-upların əməkdaşlıq etməsinin vacibliyini düşünürdü. Susanne Chisti FinTechs-in işləyən çox yaxşı texnologiyaya malik olduğuna işarə edərək, FinTech şirkətlərinin gələcəyinin çox parlaq olduğunu düşünür və önümüzdəki 15 il içində bu cəhdlərin bankların yerini alacağını iddia edir. Chisti'nin digər bir görüşü də bank sektorunda çalışanlar ya da gələcəkdə bu sektorda işləmək istəyənlərə bağlı idi. Onun sözlərinə görə, gələcəkdə bankda işləmək istəyənlər üçün işlərin əksəriyyəti FinTech təşəbbüslərindən kənarda olacaq. Buna görə bankçılıqda karyeranı düşünənlər də FinTech şirkətlərini nəzərdən keçirməlidirlər.
Pərvanə Aslanova, Banco.az