Banklar valyuta hərracında 97 mln. dollar cəlb edib | Banco.az

Banklar valyuta hərracında 97 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 96,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (11 yanvar 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 14,3 % azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Ən sərfəli kredit üçün müraciət et

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et