Banklar valyuta hərracında 103 mln. dollar cəlb edib | Banco.az

Banklar valyuta hərracında 103 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 102,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (14 dekabr 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 28,5% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram