Banklar səhm emissiyasını davam etdirir | Banco.az

Banklar səhm emissiyasını davam etdirir

Banklar səhm emissiyasını davam etdirir.

Belə ki, yanvar ayının 19-da Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Kredit Bankının səhmlərinin növbəti emissiyası AZ1002005887 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Bu barədə Banco.az portalına QKDK-dan daxil olan məlumatda bildirilib.

Həmçinin yanvar ayında  Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Evrobank” ASC -nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınmışdır.

Emissiyanın parametrləri aşağıdakı kimidir:

Hər iki Bank Mərkəzi Bankın məcmu kapital tələbi ilə bağlı normasını yerinə yetirməyə çalışırlar.

“Evrobank” ASC

 Parametrlər

Azərbaycan Kredit Bankı

Parametrlər

Dövlət qeydiyyat nömrəsi

AZ1002005853

Dövlət qeydiyyat nömrəsi

AZ1002005887

Emissiyanın həcmi

39 000 000 AZN

Emissiyanın həcmi

38 752 000 AZN

Qiymətli kağızın miqdarı

78 000 ədəd

Qiymətli kağızın miqdarı

173 000 ədəd

Nominal dəyəri

500 AZN

Nominal dəyəri

224 AZN

Anderrayter

« Çelsi Kapital » MMC

Anderrayter

«Texnika Kapital Menecment» MMC

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et