Banklar reklamlarını ən çox harada yayımlayır? | Banco.az

Banklar reklamlarını ən çox harada yayımlayır?

SİAR Sosial-İqtisadi Araşdırmalar Mərkəzi Cari ilin yanvar-iyun ayları üçün bank və kredit təşkilatlarının marketinq fəaliyyətlərinin intensivliyi ölçmək və reklam işinin sektora olan təsirini müəyyən etmək məqsədi ilə tədqiqat aparmışdır.

KİV- Banklar və qeyri-bank təşkilatları üçün marketinq əlaqəsi yolları arasında ən aparıcılardan biridir.  SİAR-ın əldə etdiyi reklam monitorinqi təhlilinin nəticələri marketoloqlar üçün faydalı sayıla bilər.

Belə ki, 2014-cü ilin birinci  rübündə TV/Radio/Dövrü Mətbuat/Çöl Reklamı vasitələrində bank və kredit təşkilatlarının 48000-dən çox reklamı yerləşdirilmişdir. Bu reklamlara sərf olunan məbləğ isə 5 milyon manatı aşmışdır. Bəhsi gedən dövrdə TV və Radio üzrə bank və kredit təşkilatlarının 1 million saniyədən çox davam edən reklamı olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Aparılan tədqiqatdan bəlli olmuşdur ki, media növləri arasında ən çox istifadə edilən Radiodur. Bu göstərici 86% təşkil edir.

Eyni zamandan müəyyən olunmuşdur ki, banklar arasında TV-üzrə reklamçılıq sahəsində ən öndə gedən bank Accsess Bank, Radio üzrə Unibank, Çöl Reklamı və Dövrü Mətbuatda ABB öndədir.

 

   SIAR

Ən sərfəli krediti almaq üçün müraciət et