Banklar müştərilərə kreditləri nağdsız formada verəcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Banklar müştərilərə kreditləri nağdsız formada verəcək

Bu ildən Azərbaycanda banklar müştərilərə kreditləri nağdsız formada verəcək. Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin Baş direktoru Samirə Musayeva deyib.

Onun sözlərinə görə, bu, "Nağdsız hesablaşmalar haqqında" qanunda nəzərdə tutulub: "Müştəri istədiyi qədər vəsait əldə edə bilər. Əgər müştəri vergi ödəyicisi olmayan fiziki şəxsdirsə, vəsait nağdılaşdırılanda ondan vergi tutulmayacaq. Əgər müştəri sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, həmin vəsait nağdılaşdırılarkən banklar ödəmə mənbəyində 1%-lik sadələşdirilmiş vergi tutmalıdır".

Mənbə: Apa.az