Bu saatadək bəzi banklar valyuta məzənnələri açıqlasa da bir neçəsi hələ də açıqlamayıb. Dollar və avronun alış-satış qiymətini təyin etməyən bankların siyahısını təqdim edirik:
Azər-Türk Bank
Paşabank
Naxçıvanbank
Günaybank
xxx
Bu gün saat 10:45-dək bankların əksəriyyəti valyuta məzənnələrini açıqlamayıblar. Fins.az-ın araşdırması göstərdi ki, bu saatadək cəmi 15 bank valyutaların alış-satış kursunu müəyyən edərək saytlarda yerləşdirib. Qalanları buna tələsmir. Qeyd edək ki, banklar hər gün səhər saat 10-dək valyuta məzənnələrini müəyyən edərək satışa başlayır. Son günlərdə isə bankların böyük əksəriyyəti valyuta satışını dayandırıb. Bu gün də kursun açıqlanmaması valyuta satışının olmayacağından xəbər verir.
Mənbə: Fins.az