Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları bu ilin yanvar-aprel aylarında müştərilərə verilmiş kreditlərdən 984 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 174 milyon manat və ya 21.5% çoxdur.
Banklar 2023-cü ilin yanvar-aprel aylarında 810 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.
Ötən ay bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 197 milyon manat (17.9%) artaraq 1 milyard 294 milyon manata yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!